We want to hear from you!Take our 2021 Community Survey!
This site is no longer updated.Go to react.dev

Komponentlər və Proplar

These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.

These new documentation pages teach modern React and include live examples:

Komponentlər sizə UI-ı müstəqil, yenidən istifadə oluna bilən hissələrə bölməyə və hər bir hissə haqqında izolasiya olunmuş kimi düşünməyə imkan verir. Bu səhifə komponentlər haqqında ideya üçün girişi təmin edir. Siz komponent API referansı haqqında ətraflı burada məlumat tapa bilərsiniz.

Konseptual olaraq, komponentlər JavaScript funksiyalarına bənzəyir. Komponentlər özbaşına daxiletmələri (“proplar” adlanan) qəbul edir və ekranda nə olacağını təsvir edən React elementlərini qaytarırlar.

Funksiya və Sinif Komponentləri

Komponenti müəyyən etməyin ən asan yolu JavaScript funksiyasını yazmaqdır:

function Welcome(props) {
return
Salam, {props.name}

Bu funksiya məlumatı olan tək “proplar” (parametrlər mənasını daşıyır) obyekt arqumentini qəbul etdiyi və React elementini qaytardığı üçün etibarlı React komponenti sayılır. Biz bu komponentlərin JavaScript funksiyaları olduğu üçün “funksiya komponentləri” adlandırırıq.

Siz komponenti müəyyən etmək üçün ES6 sinfindən istifadə edə bilərsiniz:

class Welcome extends React.Component {
render() {
return
Salam, {this.props.name}

Yuxarıdakı iki komponentlər React-ə nəzərən bərabərdirlər.

Siniflərin digər bölmələrdə müzakirə edəcəyimiz bəzi əlavə xüsusiyyətləri var.

Komponenti Render Etmək

Daha əvvəl biz yalnız DOM təqlərini təmsil edən React elementlərini qarşılaşdırırdıq:

const element =

Buna baxmayaraq, elementlər developerlər tərəfindən yazılmış komponentləri təmsil edə bilərlər:

const element = <Welcome name="Sara" />;

React, proqramçılar tərəfindən yazılmış komponenti təmsil edən elementi gördükdə JSX atributlarını bu komponentə tək obyekt kimi ötürür. Biz bu obyekti “proplar” adlandırırıq.

Məsələn, aşağıdakı kod “Salam, Aysel” mətnini səhifədə render edir:

function Welcome(props) {  return
Salam, {props.name}

const root = ReactDOM.createRoot(document.getElementById('root'));
const element = <Welcome name="Aysel" />;root.render(element);

Try it on CodePen

Gəlin bu nümunədə baş verənləri qeyd edək:

1. Biz root.render()-i <Welcome name="Aysel" /> elementi ilə çağırırıq.
2. React Welcome komponentini proplar kimi{name: 'Aysel'}-i ilə çağırırıq.
3. Bizim Welcome komponentimiz
Salam, Aysel
elementini nəticə kimi çağırır.
4. React DOM-u
Salam, Aysel
-ə uyğunlaşdırmaq üçün effektli şəkildə DOM-u yeniləyir.

Qeyd: Komponent adlarının həmişə böyük hərf ilə başlayın.

React kiçik hərflərlə başlayan komponentlərə DOM təqləri kimi davranır. Məsələn,
, HTML div təqini təmsil edir, amma <Welcome /> isə komponenti təmsil edir və Welcome-un əhatə olunmasını tələb edir.

Bu adətin səbəbi haqqında ətraflı məlumat üçün JSX Dərindən arayışını nəzərdən keçirin.

Kompozisiya olunmuş Komponentlər

Komponentlər öz nəticələrində digər komponentlərə istinad göstərə bilərlər. Bu bizə hər hansı bir detal səviyyəsi üçün eyni komponent abstraksiyasını istifadə etməyə imkan verir. React-də düymə, forma, dialoq və ekran ümumi şəkildə komponentlər kimi ifadə olunur.

Məsələn, biz Welcome-u dəfələrlə render edən App komponenti yarada bilərik:

function Welcome(props) {
return
Salam, {props.name}

function App() {
return (

<Welcome name="Aysel" />      <Welcome name="Orxan" />      <Welcome name="Cəmilə" />

Try it on CodePen

Adətən yeni React applikasiyalarının ən yuxarıda tək App komponenti olur. Buna baxmayaraq, əgər siz mövcud applikasiyalara React-i inteqrasiya etsəniz, siz aşağıdan yuxarı Button kimi kiçik komponentlər ilə başlamalı olacaqsız və tədricən ierarxiyanın ən yuxarısına işləməlisiniz.

Komponentlərin Çıxarılması

Komponentləri daha kiçik komponentlərə bölməyə çəkinməyin.

Məsələn, bu Comment komponentini nəzərə alın:

function Comment(props) {
return (

{props.author.name}

{props.text}

{formatDate(props.date)}

Try it on CodePen

Bu author (obyekt), text (mətn), və date-i (məlumat) proplar kimi qəbul edir və sosial media saytında kommenti təsvir edir.

Bu komponent dəyişmək yerləşmə səbəbindən çətin ola bilər və bu komponentin individual hissələrinin yenidən istifadə olunmasıda çətindir. Gəlin bundan bir neçə komponenti xaric edək.

İlk olaraq, biz Avatar çıxaracağıq:

function Avatar(props) {
return (

Avatar-ın Comment-in daxilində render olunduğunu bilməsi vacib deyil. Bu səbəbdən biz bunun propuna daha ümumi ad verə bilərik: author yerinə user.

Biz proplara ad verərkən istifadə olunan kontentə uyğun olaraq deyil, komponentlərin nəzərindən ad verməyi məsləhət görürük.

İndi biz Comment-i bir az sadələşdirə bilərik:

function Comment(props) {
return (

<Avatar user={props.author} />

{props.author.name}

{props.text}

{formatDate(props.date)}

Daha sonra biz istifadəçi adının yanında yerləşən Avatar-ı render edən UserInfo komponentini xaric edirik:

function UserInfo(props) {
return (

<Avatar user={props.user} />
{props.user.name}

Bu bizə Comment-i daha da sadələşdirməyə imkan verir:

function Comment(props) {
return (

<UserInfo user={props.author} />

{props.text}

{formatDate(props.date)}

Try it on CodePen

Komponentlərin ixrac edilməsi ilk öncə aşağı səviyyəli iş kimi görünə bilər, amma daha böyük applikasiyalarda yenidən istifadə oluna bilən komponentlər paletinin olması yararlıdır. Bir neçə yerdə istifadə oluna bilən (Button, Panel, Avatar) və ya təklildə mürəkkəb tərkibi (App, FeedStory, Comment) olan və UI-ı yenidən istifadə oluna bilən komponentlərə ixrac etməyi tövsiyyə edirik.

Proplar və Read-Only

Komponentin funksiya və ya sinif kimi bəyan edilməyinə baxmayaraq, komponent heç vaxt öz proplarını dəyişməməlidir. Bu sum funksiyasını nəzərə alın:

function sum(a, b) {
return a + b;

Bu növ funksiyalar “pure” adlanır, çünki onlar daxil olunmuş arqumentləri dəyişməyə cəhd etmir və həmişə eyni nəticəni eyni arqument üçün qaytarırlar.

Buna baxmayaraq, bu funksiya öz arqumentini dəyişdiyi üçün qarışıqdır:

function withdraw(account, amount) {
account.total -= amount;

React-in çevik olmağına baxmayaraq onun bir sərt qaydası var:

Bütün React komponentləri öz proplarını nəzərə alaraq təmiz funksiya kimi davranmalıdırlar.

Əlbəttə ki, applikasiyaların UI-ları dinamikdir və vaxt aşırı dəyişə bilir. Növbəti Sessiyada, biz yeni “state” konsepsiyasını təqdim edəcəyik. State React komponentlərə onların nəticəsini istifadəçi fəaliyyətinə, şəbəkə cavablarına və digər fəaliyyətlərə cavab olaraq, heç bir qaydanı pozmamaq şərti ilə ara-sıra dəyişməyə icazə verir.

Is this page useful?Bu səhifəni redaktə edin