We want to hear from you!Take our 2021 Community Survey!
This site is no longer updated.Go to react.dev

Hooklar Bir Baxışda

These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.

These new documentation pages teach React with Hooks:

Hooklar React 16.8-ə əlavə olunan yenilikdir. Hooklar ilə sinif yazmadan state və ya digər React xüsusiyyətlərindən istifadə edə bilərsiniz.

Hooklar geriyə uyğundurlar. Bu səhifədə təcrübəli React istifadəçiləri üçün Hookların icmalı göstərilir. Bu icmal çox tez tempdədir. Çaşdıqda, aşağıdakı formada göstərilən sarı qutulara baxın:

Detallı İzahat

React-ə Hookları niyə əlavə etdiyimiz haqqda məlumat almaq üçün Motivasiya bölməsinə baxın.

↑↑↑ Hər bölmə bu formalı sarı qutu ilə bitəcək. Bu qutularda detallı məlumat almaq linklər təmin edilir.

📌 State Hooku

Bu nümunədə sayğac render edilir. Düymə tıklandıqda dəyər artırılır:

import React, { useState } from 'react';
function Example() {
  // "count" adlı yeni state yarat  const [count, setCount] = useState(0);
  return (
    <div>
      <p>{count} dəfə tıklandı</p>
      <button onClick={() => setCount(count + 1)}>
        Tıkla
      </button>
    </div>
  );
}

Burada, useState funksiyası Hook (bu haqqda birazdan danışacağıq) adlanır. Funksiya komponentinə lokal state əlavə etmək üçün bu komponentin daxilindən Hook çağrılır. React, render etmələr arasında state-i qoruyur. useState Hooku cüt qaytarır: cari state dəyəri və state-i yeniləmək üçün funksiya. Bu funksiyanı hadisə işləyicisi kimi yerlərdən çağırmaq mümkündür. Bu funksiyanın sinifda olan this.setState funksiyasına oxşamasına baxmayaraq bu funksiya köhnə və yeni state-i birləşdirmir. (State Hookunun İstifadəsi səhifəsində useStatethis.state funksiyalarını müqayisə edirik.)

useState funksiyasının tək arqumenti var: ilkin state. Yuxarıdakı nümunədə sayğac sıfırdan başladığından ilkin state 0-a bərabərdir. Nəzərə alın ki, this.state-dən fərqli olaraq Hookun state-i obyekt olmamalıdır (lazım olduqda obyekt istifadə edə bilərsiniz). İlkin state arqumenti yalnız ilk render zamanı işlədilir.

Bir Neçə State Dəyişənini Təyin Edin

State Hookunu bir komponentdə bir neçə dəfə işlətmək mümkündür:

function ExampleWithManyStates() {
  // Bir neçə state dəyişəni təyin et!
  const [age, setAge] = useState(42);
  const [fruit, setFruit] = useState('banan');
  const [todos, setTodos] = useState([{ text: 'Hookları Öyrən' }]);
  // ...
}

Massiv destrukturlaşması sintaksisindən istifadə edərək useState Hookunu çağırdıqda state dəyişənlərinə fərqli adlar vermək mümkündür. Bu adlar useState API-nın bir parçası deyil. Əvəzinə, useState çağırışlarını bir neçə dəfə işlətdikdə React, bu çağırışların sıralarının eyni olacağını ehtimal edir. Bunun səbəbi və faydaları haqqda sonrakı bölmələrdə danışacağıq.

Hook Nədir?

React state-ini və lifecycle xüsusiyyətlərini funksiya komponentlərindən istifadə etmək üçün Hooklar istifadə olunur. Hookları sinfin daxilində işlətmək mümkün deyil. Lakin, Hooklar ilə siniflərsiz applikasiya yaza bilərsiniz. (Biz, mövcud komponentləri bir dəfəyə funksiya komponentlərinə çevirməyi tövsiyə etmirik. Lakin, yeni komponentləri Hooklar ilə yazmağa başlaya bilərsiniz.)

React, useState kimi hazır Hooklar təmin edir. Siz öz Hooklarınızı da yaradıb state-li davranışları fərqli komponentlər arasında paylaşa bilərsiniz. İlk olaraq, hazır Hooklara baxacağıq.

Detallı İzahat

State Hooku haqqında əlavə məlumat üçün buna hərs olunmuş səhifəyə baxın: State Hookunun İstifadəsi.

⚡️ Effect Hooku

Məlumatları yükləmək, abunəliklər, və ya DOM-u əl ilə dəyişmək kimi əməliyyatların React komponentlərindən icra edilməsi normaldır. Bu əməliyyatlar render zamanı icra edilə bilmədiyindən və digər komponentlərə təsir edə bildiyindən bu əməliyyatlar “yan effektlər” (qısacası “effektlər”) adlanır.

useEffect adlanan Effect Hooku ilə funksiya komponentindən yan effektləri icra etmək mümkündür. Bu funksiya, tək API altında React siniflərində olan componentDidMount, componentDidUpdatecomponentWillUnmount funksiyalarını birləşdirir. (Effect Hookunun İstifadəsi səhifəsində useEffect Hookunu və sinif lifecycle funksiyalarını müqayisə edirik.)

Aşağıdakı nümunədə, React ilə DOM yeniləndikdən sonra dokument başlığı yeniləyir:

import React, { useState, useEffect } from 'react';
function Example() {
  const [count, setCount] = useState(0);

  // componentDidMount və componentDidUpdate funksiyalarına bənzərdir:  useEffect(() => {    // Brauzer API-ı ilə dokument başlığını yeniləyin    document.title = `${count} dəfə tıklandı`;  });
  return (
    <div>
      <p>{count} dəfə tıklandı</p>
      <button onClick={() => setCount(count + 1)}>
        Tıkla
      </button>
    </div>
  );
}

useEffect çağrıldıqda React, yeniliklər DOM-da köçürüldükdən sonra “effekt” funksiyasını icra edir. Effektlərin komponent daxilində təyin olunduğundan effekt funksiyasından komponentin proplar və state-indən istifadə etmək mümkündür. Normalda, ilk render etmə daxil olmaqla effektlər hər render etmədən sonra icra olunur. (Effect Hookunun İstifadəsi səhifəsində useEffect Hookunu və sinif lifecycle funksiyalarını müqayisə edirik.)

Effektlər fakutativ olaraq funksiya qaytararaq “təmizlik” işini təyin edə bilərlər. Aşağıdakı nümunədə, komponent, effektdən istifadə edərək dostun onlayn statusuna abunə olur və təmizlik işi kimi abunəliyi silir:

import React, { useState, useEffect } from 'react';

function FriendStatus(props) {
  const [isOnline, setIsOnline] = useState(null);

  function handleStatusChange(status) {
    setIsOnline(status.isOnline);
  }

  useEffect(() => {    ChatAPI.subscribeToFriendStatus(props.friend.id, handleStatusChange);    return () => {      ChatAPI.unsubscribeFromFriendStatus(props.friend.id, handleStatusChange);    };  });
  if (isOnline === null) {
    return 'Yüklənir...';
  }
  return isOnline ? 'Onlayn' : 'Oflayn';
}

Bu nümunədə, komponent unmount olunduğu zaman ChatAPI-ından abunəlik silinəcək. Əlavə olaraq, sonrakı render etmələr zamanı effekt yenidən icra olunmadan öncə də təmizlik işi icra olunacaq. (ChatAPI-a göndərilən props.friend.id dəyəri dəyişmədikdə yenidən abunə olmağı atlamaq mümkündür.)

useState ilə olduğu kimi komponentdə birdən çox effekt çağırışı ola bilər:

function FriendStatusWithCounter(props) {
  const [count, setCount] = useState(0);
  useEffect(() => {    document.title = `${count} dəfə tıklandı`;
  });

  const [isOnline, setIsOnline] = useState(null);
  useEffect(() => {    ChatAPI.subscribeToFriendStatus(props.friend.id, handleStatusChange);
    return () => {
      ChatAPI.unsubscribeFromFriendStatus(props.friend.id, handleStatusChange);
    };
  });

  function handleStatusChange(status) {
    setIsOnline(status.isOnline);
  }
  // ...

Hooklar ilə bir-birindən asılı olan yan effektləri (məsələn, abunəliyi əlavə edib silmək kimi) lifecycle metodları əsasında ayırmaq əvəzinə bir yerdə saxlamaq mümkündür.

Detallı İzahat

Effect Hooku haqqında əlavə məlumat üçün buna hərs olunmuş səhifəyə baxın: Effect Hookunun İstifadəsi.

✌️ Hookların Qaydaları

Hookların JavaScript funksiyaları olmasına baxmayaraq əlavə iki qaydaya fikir vermək lazımdır:

  • Hookları yalnız komponentin yuxarısında yaradın. Hookları tsikllar, şərtlər və ya funksiya daxilindən çağırmayın.
  • Hookları yalnız React funksiya komponentlərindən çağırın. Hookları sadə JavaScript funksiyalarından çağırmayın. (Hookları əlavə bir yerdə də yaratmaq olar — öz Hooklarınızı yaratdıqda. Bu haqqda birazdan öyrənəcəyik.)

Bu qaydaları avtomatik tətbiq etmək üçün linter plagini təmin edirik. İlk baxışda, bu qaydalar məhdudlaşdırıcı və ya çaşdırı ola bilər. Lakin, Hookların düzgün işləməsi üçün bu qaydalar çox vacibdir.

Detallı İzahat

Bu qaydalar haqqında əlavə məlumat üçün buna həsr olunmuş səhifəyə baxın: Hookların Qaydaları.

💡 Xüsusi Hookların Düzəldilməsi

Bəzən, state-li məntiqi komponentlər arasında paylaşmaq lazım ola bilər. Normalda, bu problemi həll etmək üçün iki həll var idi: yüksək dərəcəli komponentlərrender propları. Xüsusi Hooklar ilə komponent ağacına komponent əlavə etmədən bu məntiq parçalarını paylaşa bilərsiniz.

Bu səhifənin əvvəlində, dostun onlayn statusuna abunə olmaq üçün useStateuseEffect Hooklarını çağıran FriendStatus komponenti yaratdıq. Gəlin, abunəlik məntiqini digər komponentdə işlədək.

İlk olaraq, mövcud məntiqi useFriendStatus adlı xüsusi Hooka köçürək:

import React, { useState, useEffect } from 'react';

function useFriendStatus(friendID) {  const [isOnline, setIsOnline] = useState(null);

  function handleStatusChange(status) {
    setIsOnline(status.isOnline);
  }

  useEffect(() => {
    ChatAPI.subscribeToFriendStatus(friendID, handleStatusChange);
    return () => {
      ChatAPI.unsubscribeFromFriendStatus(friendID, handleStatusChange);
    };
  });

  return isOnline;
}

Bu Hook, friendID dəyərini arqument kimi qəbul edib dostun onlayn statusunu qaytarır.

İndi, biz bu Hooku bir neçə komponentdən çağıra bilərik:

function FriendStatus(props) {
  const isOnline = useFriendStatus(props.friend.id);
  if (isOnline === null) {
    return 'Loading...';
  }
  return isOnline ? 'Onlayn' : 'Oflayn';
}
function FriendListItem(props) {
  const isOnline = useFriendStatus(props.friend.id);
  return (
    <li style={{ color: isOnline ? 'green' : 'black' }}>
      {props.friend.name}
    </li>
  );
}

Komponentlərin state-ləri paylaşılmır. Xüsusi Hooklar ilə state yox, State-li məntiq paylaşılır. Faktiki olaraq, hər Hook çağırışının ayrılmış state-i olduğundan eyni Hooku bir komponentdə bir neçə dəfə istifadə edə bilərsiniz.

Xüsusi Hooklar xüsusiyyət olmaq əvəzinə konvensiyadır. Biz, ”use” ilə başlayan və digər Hookları çağıran funksiyaları Xüsusi Hooklar adlandırırıq. Təmin etdiyimiz linter plagini useSomething ad konvensiyası əsasında Hooklarda olan baqları tapa bilir.

Xüsusi Hooklar ilə anket idarəsi, animasiya, deklarativ abunəlik, taymerlər və digər ssenariləri əhatə etmək mümkündür.

Detallı İzahat

Xüsusi Hooklar haqqında əlavə məlumat üçün buna həsr olunmuş səhifəyə baxın: Xüsusi Hookların Düzəldilməsi.

🔌 Digər Hooklar

Bu iki əsas Hookdan əlavə React-də az işlədilən amma faydalı olan Hooklar da var. Məsələn, useContext Hooku ilə React kontekstinə komponentlər yaratmadan abunə olmağa imkan yaradır:

function Example() {
  const locale = useContext(LocaleContext);  const theme = useContext(ThemeContext);  // ...
}

useReducer Hooku ilə mürəkkəb komponentlərdə lokal state-i reducer-lər ilə yaratmaq mümkündür:

function Todos() {
  const [todos, dispatch] = useReducer(todosReducer);  // ...

Detallı İzahat

React-də olan bütün Hooklar haqqında əlavə məlumat üçün buna həsr olunmuş səhifəyə baxın: Hookların API Arayışı.

Sonrakı Addımlar

Fyuu, bu tez oldu! Əgər Hooklar haqqında anlaşılmaz hissələr qaldısa, bu hissələr haqqında detallı məlumat almaq üçün State Hooku sənədi ilə başlayaraq sonrakı səhifələrə baxa bilərsiniz.

Əlavə olaraq Hookların API arayışıHooklar FAQ səhifələrinə baxa bilərsiniz.

Ən sonda, Hookları niyə əlavə etdiyimizin izahatı və applikasiyanı yenidən yazmadan Hooklar ilə sinif komponentlərinin eyni zamanda necə istifadə edilməsi haqqda məlumat almaq üçün giriş səhifəsinə baxın.

Is this page useful?Bu səhifəni redaktə edin