We want to hear from you!Take our 2021 Community Survey!
This site is no longer updated.Go to react.dev

Rekonsilyasiya

These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.

These new documentation pages teach modern React and include live examples:

Komponent yenilikləri zaman baş verən dəyişiklər haqqında fikirləşməmək üçün React deklarativ API təmin edir. Bu API applikasiyaların yazılmasını asanlaşdırır. Lakin, React-in daxilində nə baş verdiyi aydın olmaya bilər. Bu məqalədə, komponent yeniliklərinin proqnozlaşdırıla bilən olması və applikasiyalarda tez işləməsi üçün React-in “fərqlilik” (diffing) alqoritmində etdiyimiz seçimlərdən danışacağıq.

Motivasiya

React-də, hər hansı bir zamanda render() funksiyası React elementlər ağacı yaradır. Sonrakı state və ya props yeniliklərində isə render() funksiyası fərqli React elementlər ağacı qaytarır. Sonra, React, UI-ı yeni ağaca uyğun etmək üçün səmərəli yeniləmə yolu axtarır.

Ən az əməliyyat ilə bir ağacı digər ağaca çevirmək üçün bir neçə algoritm var. Lakin ən yaxşı algoritmin mürəkkəbliyi O(n3)-dur (“n” ağacda olan elementlərin sayıdır).

Bu alqoritmi React-də işlətdikdə 1000 elementi render etmək üçün bir milyard müqayisə əməliyyatı etməliyik. Bunun çox bahalı əməliyya olduğundan React, iki fərziyyə əsasında evristik O(n) alqoritmi tətbiq edir:

1. İki fərqli tipli element fərqli ağac yaradır.
2. Fərqli renderlər zamanı uşaq elementlərin stabil qalması üçün proqramçı key propundan istifadə edə bilər.

Bu fərziyyələr bütün praktiki ssenarilər üçün etibarlıdır.

Fərqlilik Alqoritmi

İki komponent ağacı müqayisə edildikdə ilk öncə ana elementlər müqayisə olunur. Bu davranış ana elementlərin tipindən asılı olaraq fərqlənir.

Fəqrli Tiplərin Elementləri

Ana elementlərin fərqli tipi olduqda React, köhnə ağacı sökərək sıfırdan yeni ağac düzəldir. Element -dan -ə,
-dan <Comment>-ə və ya -dan
-ə dəyişdikdə tam yenidən düzəlmə baş verəcək.

Ağac dağıldıqda bütün köhnə DOM nodları dağılır. Əlavə olaraq komponent instansiyalarının componentWillUnmount() funksiyaları çağrılır. Yeni ağac düzəldikdə DOM-a yeni DOM nodları əlavə olunur və komponent instansiyalarında componentWillMount(), sonra componentDidMount() funksiyası çağrılır. Köhnə ağac ilə bağlı bütün state-lər silinir.

Ana komponentin daxilində olan bütün komponentlər də unmount olunur və dağıdılır. Məsələn, aşağıdakı kodu fərqləndirdikdə:

<Counter />

<Counter />

Köhnə Counter dağıdılır və yeni element mount olunur.

Qeyd:

Bu metodlar köhnədir və bu funksiyaları yeni kodda istifadə etməyin:

• UNSAFE_componentWillMount()

Eyni Tipli DOM Elementləri

Eyni tipli React DOM elementlərini müqayisə etdikdə hər iki elementin DOM nodları saxlanılaraq yalnız DOM atributları yenilənir. Məsələn:

Bu iki element müqayisə edildikdə yalnız DOM nodunun className atributu dəyişilir.

style atributunu dəyişdikdə yalnız dəyişən stil parametrləri yenilənir. Məsələn:

Bu iki elementi fərqləndirdikdə yalnız color stili dəyişilir. fontWeight stili eyni qalır.

DOM nodu fərqləndirildikdən sonra eyni əməliyyatlar uşaq elementlərdə tətbiq olunur.

Eyni Tipli Komponent Elementləri

Komponent yeniləndikdə komponent instansiyası eyni qalaraq renderlər arası state saxlanılır. Komponentin yeni elementə uyğunlaşması üçün komponent instansiyasının propları yenilənir, və komponent instansiyasından UNSAFE_componentWillReceiveProps(), UNSAFE_componentWillUpdate()componentDidUpdate() funksiyaları çağrılır.

Sonra, render() funksiyası çağrılaraq fərqlənmə alqoritmi əvvəlki və sonrakı nəticələri müqayisə edir.

Qeyd:

Bu metodlar köhnədir və bu funksiyaları yeni kodda istifadə etməyin:

• UNSAFE_componentWillUpdate()
• UNSAFE_componentWillReceiveProps()

Uşaqların Rekursiyası

Normalda, DOM nodun uşaqlarını fərqləndirdikdə hər iki uşaq siyahısının üzərindən tsikl edilir. Fərqlilik olduqda mutasiya əməliyyatı yaradılır.

Məsələn, uşaqların sonuna yeni element əlavə edildikdə ağacın yenisinə çevrilməsi səmərəli işləyir:

birinci

ikinci

birinci

ikinci

üçüncü

React,
birinci

ikinci
ağaclarını köhnə variantları ilə uyğunlaşdırdıqdan sonra
üçüncü
ağacı əlavə edəcək.

Sadə tətbiq zamanı əvvələ yeni element əlavə edildikdə performans pis olacaq. Məsələn, aşağıdakı ağacı yenisinə çevirmək səmərəli işləmir:

Duke

Villanova

Connecticut

Duke

Villanova

Duke

Villanova
ağaclarının saxlanması əvəzinə bütün uşaqları mutasiya ediləcək. Bu səmərəsizlik problem yarada bilər.

Açarlar

Bu problemi həll etmək üçün React-də key atributu var. Uşaqlarda açarlar olduqda orijinal ağacı yeni ağac ilə uyğunlaşdırmaq üçün açarlardan istifadə edilir. Məsələn, yuxarıdakı pis işləyən nümunəyə key əlavə edərək çevirməni səmərəli etmək mümkündür:

Duke

Villanova

Connecticut

Duke

Villanova

İndi, React '2014' açarlı elementin yeni olduğunu '2015''2016' açarlı elementlərin isə yerinin dəyişdiyini bilir.

Praktikada, açarın tapılması çətin deyil. Göstərdiyiniz elementin unikal ID-si ola bilər:

{item.name}

Unikal ID olmadıqda modelə yeni ID parametri əlavə edə bilər və ya kontentin hissələrini həş edərək açar yarada bilərsiniz. Açarlar yalnız qonşu elementlərdə unikal olmalıdır. Bütün applikasiyada unikal olmamalıdır.

Ən son variantda massiv elementinin indeksini açar kimi göndərə bilərsiniz. Elementlərin yeri dəyişmədikdə indekslər yaxşı işləyəcək. Lakin, yer dəyişmələri yavaş olacaq.

İndekslər açar kimi işlədildikdə yer dəyişmələri komponent vəziyyətində problemlər yarada bilər. Komponent instansiyaları açar əsasında yenilənərək yenidən işlədilir. İndeks açar kimi işlədildikdə elementin yerini dəyişməsi komponenti yeniləyəyir. Nəticədə, kontrolsuz anket sahələri kimi dəyərlər üçün komponent vəziyyəti qarışa bilər və istənilməz formada yenilənə bilər.

İndeksləri açar kimi işlətdikdə yaranan problemlər üçün CodePen nümunəsinə baxın. Bu nümunədə isə indekslər açar kimi işlədilmədikdə yer dəyişmələri, çeşidləmə və əvvələ əlavə edilmə problemlərinin həlli göstərilir.

Kompromislər

Rekonsilyasiya alqoritminin tətbiq detalı olduğunu unutmayın. React hər əməliyyatda bütün applikasiyanı render edə bilər. Son nəticə eyni qalacaq. Bu kontekstdə yenidən render etmə bütün komponentlərin render funksiyalarının çağrılması deməkdir. Bu, komponentlərin unmount edilib yenidən mount edilməsi anlamına gəlmir. Dəyişikliklər, əvvəlki bölmələrdə göstərilən qaydalar əsasında tətbiq ediləcək.

Biz hər zaman çox işlənən ssenariləri tezləşdirmək üçün heuristikanı yeniləyirik. Cari tətbiqdə ağacın qonşular arasında yerini dəyişdiyini bilmək mümkündür. Lakin, ağacın başqa yerə köçürüldüyünü bilmirik. Bu halda, alqoritm bütün ağacı yenidən render edəcək.

Rekonsilyasiya alqoritmi heuristikalardan asılıdır. Bu səbəbdən, heuristika fərziyyələri yerinə yetirilmədikdə performans pisləşəcək.

1. Alqoritm fərqli komponent tiplərinin ağaclarını uyğunlaşdırmayacaq. Eyni nəticəli iki komponenti tez-tez əvəz edirsinizsə, bu komponentləri eyni tipli etmək daha faydalı ola bilər. Praktikada, biz bunun problem olmadığını görürük.
2. Açarlar stabil, proqnozlaşdırıla bilən və unikal olmalıdır. Stabil olmayan açarlar (məsələn Math.random() ilə yaranan) komponent intansiyalarının və DOM nodların yenidən yaranmasına səbəb olacaq. Bu, performansa ziyan vurmasına və uşaqların komponent vəziyyətini itirməsinə səbəb ola bilər.
Is this page useful?Bu səhifəni redaktə edin