We want to hear from you!Take our 2021 Community Survey!
This site is no longer updated.Go to react.dev
State Hookunun İstifadəsi
These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.
These new documentation pages teach modern React and include live examples:
Hooklar React 16.8-ə əlavə olunan yenilikdir. Hooklar ilə sinif yazmadan state və ya digər React xüsusiyyətlərindən istifadə edə bilərsiniz.
Hooklar ilə tanış olmaq üçün giriş səhifəsində aşağıdakı nümunədən istifadə edilir:
import React, { useState } from 'react';
function Example() {
// "count" adlı state dəyişəni yaradın  const [count, setCount] = useState(0);
return (
{count} dəfə tıklandı
Tıkla
Biz yuxarıdakı nümunəni sinif nümunəsi ilə müqayisə edərək Hookları öyrənəcəyik.
Ekvivalent Sinif Nümunəsi
React ilə siniflərdən istifadə etmisinizsə, aşağıdakı kod sizə tanış gələcək:
class Example extends React.Component {
constructor(props) {
super(props);
this.state = {
count: 0
render() {
return (
{this.state.count} dəfə tıklandı
Tıkla
State { count: 0 } ilə başlayır. İstifadəçi düyməni tıkladıqda this.setState()-dən istifadə edərək state.count-un dəyərini artırırıq. Biz bu sinifdə olan kod parçalarını bu səhifənin sonuna kimi işlədəyəcik.
Qeyd
Daha realistik nümunə əvəzinə sayğac nümunəsindən niyə istifadə etdiyimiz sizi maraqlandıra bilər. Biz Hooklar ilə ilk addımlar atdığımız üçün bu nümunə ilə daha çox API-a fokuslana bilərik.
Hooklar və Funksiya Komponentləri
React-də funksiya komponentləri aşağıdakı formada yazılır:
const Example = (props) => {
// Burada Hooklardan istifadə edə bilərsiniz!
return
və ya:
function Example(props) {
// Burada Hooklardan istifadə edə bilərsiniz!
return
Siz bu komponentləri “state-siz komponentlər” kimi tanıyırdınız. Biz, indi bu komponentlərdən React state-ini işlədilməsinə imkan yaratdığımızdan bu komponentləri “funksiya komponentləri” kimi adlandırmağı üstün tuturuq.
Hookları siniflər ilə işlətmək mümkün deyil. Lakin, funksiya komponentlərini siniflər ilə əvəz etmək mümkündür.
Hook nədir?
Aşağıdakı nümunədə React-dən useState hookunu idxal edirik:
import React, { useState } from 'react';
function Example() {
Hook nədir? React xüsusiyyətlərindən istifadə edə bilmək üçün (hook into) təmin olunan xüsusi funksiyalar Hooklar adlanırlar. Məsələn, useState funksiyası React state-ini funksiya komponentlərinə əlavə etmək üçün istifadə edilən Hookdur. Digər Hooklar haqqında sonrakı bölmələrdə danışacağıq.
Nə zaman Hook-dan istifadə edim? Əvəllər funksiya komponenti yazdıqda bu komponentə state əlavə etmək üçün ilk öncə komponenti sinfə çevirmək lazım idi. İndi isə, funksiya komponenti daxilindən Hook istifadə etmək mümkündür. Biz indi bunu edəcəyik!
Qeyd:
Komponent daxilində Hookların harada işlədilməsi haqqında bəzi qaydalar var. Bu qaydaları öyrənmək üçün Hookların Qaydaları bölməsinə baxa bilərsiniz.
State Dəyişəninin Təyin Edilməsi
Sinif istifadə etdikdə count state-inə 0 təyin etmək üçün konstruktorda this.state dəyişənini { count: 0 } dəyərinə təyin etmək lazımdır:
class Example extends React.Component {
constructor(props) {
super(props);
this.state = {      count: 0    };  }
Funksiya komponentində isə this dəyişənini olmadığından this.state dəyərindən istifadə edə bilmirik. Əvəzinə, komponentin daxilindən birbaşa useState Hookunu çağıracağıq:
import React, { useState } from 'react';
function Example() {
// "count" adlı state dəyişəni yaradın  const [count, setCount] = useState(0);
useState çağırdıqda nə baş verir? Bu funksiya “state dəyişəni” yaradır. Bizim dəyişənimiz count adlanır. Lakin, siz dəyişəni istədiyiniz kimi adlandıra bilərsiniz (məsələn “banan”). Bu bizə funksiya çağırışları arasında bəzi dəyərlərin “saxlanmasına” imkan yaradır. this.state-in sinfə təmin etdiyi imkanların hamısı useState Hookunda var. Normalda, dəyişənlər hər funksiya çağırışı zamanı sıfırlanır. Lakin, state dəyərləri React tərəfindən saxlanılır.
useState-ə arqument kimi nə göndərilir? useState() Hookunun tək arqumenti ilkin state-dir. Siniflərdən fərqli olaraq, state dəyəri obyekt olmamalıdır. State rəqəm və ya mətn kimi tiplərdə ola bilər. Nümunəmizdə, istifadəçinin nə qədər tıkladığını bilmək üçün rəqəm lazımdır. Bu səbəbdən, ilkin state kimi 0 dəyərini göndəririk. (Bir neçə state dəyəri lazım olduqda useState() funksiyasını bir neçə dəfə çağıra bilərik.)
useState nə qaytarır? Bu funksiya dəyərlər cütü qaytarır: cari dəyər və dəyəri yeniləyən funksiya. Bu səbəbdən State Hooku const [count, setCount] = useState() formada yazılır. Bu funksiya, sinifdə olan this.state.countthis.setState dəyərlərinə bərabərdir. Əgər işlədilən sintaksis sizə tanış gəlmirsə, bu haqqda səhifənin sonunda danışacağıq.
useState Hookunun nə etdiyini bildikdən sonra bizim nümunəmiz daha məntiqli olur:
import React, { useState } from 'react';
function Example() {
// "count" adlı state dəyişəni yaradın  const [count, setCount] = useState(0);
count adlı və 0 dəyərli dəyişən yaradırıq. React, render etmələr zamanı cari dəyəri yadda saxlayaraq ən yeni versiyanı funksiyaya göndərir. Cari count dəyərini yeniləmək üçün setCount funksiyasını çağırırıq.
Qeyd
Niyə useState funksiyası createState kimi adlanmayıb?
“Create” sözünün düzgün olmamasının səbəbi state-in yalnız komponentin ilk render edildiyi zaman yaranmasıdır. Sonrakı render etmələr zamanı useState sadəcə cari state-i qaytarır (yeni state yaratmır). Əks halda, bu, state olmazdı! Hook adlarının həmişə use ilə başlamasının səbəbi var. Biz bunun səbəbini Hookların Qaydaları bölməsindən öyrənəcəyik.
State-in Oxunması
Sinifdə cari state-i göstərmək üçün this.state.count dəyərini oxuyuruq:
{this.state.count} dəfə tıklandı
Funksiyada isə count dəyərini birbaşa oxuyuruq:
{count} dəfə tıklandı
State-in Yenilənməsi
Sinifdə count state-ini yeniləmək üçün this.setState() funksiyasını çağırırıq:
Funksiyada isə, setCountcount dəyərlərinin dəyişən kimi mövcud olduğundan this dəyişəni lazım deyil:
Təkrar
Gəlin nə öyrəndiyimizi sətir-sətir təkrarlayıb Hooklar haqqında anlayışımızı yoxlayaq.
1:  import React, { useState } from 'react'; 2:
3:  function Example() {
4:    const [count, setCount] = useState(0); 5:
6:    return (
7:
8:
{count} dəfə tıklandı
11:
12:
13:    );
14:  }
• Sətir 1: useState Hookunu React-dən idxal edirik. Bu lokal state-in funksiyada saxlanmasına imkan yaradır.
• Sətir 4: Example komponentində useState Hookunu çağıraraq yeni state dəyəri yaradırıq. Bu funksiya dəyərlər cütü qaytarır. Tıklama sayını saxlamaq üçün dəyişəni count adlandırırıq. Bu dəyəri sıfır ilə inisializasiya etmək üçün useState-in arqumentinə 0 göndəririk. Qaytarılan ikinci dəyər funksiyadır. Bu funksiya ilə count dəyərini yeniləmək mümkündür. Bu səbəbdən, funksiyanı setCount adlandırırıq.
• Sətir 9: İstifadəçi düyməni tıkladıqda setCount funksiyasını yeni dəyər ilə çağırırıq. Funksiya çağrıldıqdan sonra Example komponenti yenidən render edilərək yeni count dəyəri Hooka göndərilir.
İlk baxışda bu addımlar çox görünə bilər. Bu səbəbdən, tələsməyin! Əgər izahatda itirsinizsə, koda yenidən baxıb bölməni yenidən oxuyun. Siniflərdə state-in necə işlədiyini “unutmağa” çalışıb bu koda yeni gözlə baxdıqda hər şey anlaşılacaq.
Məsləhət: Kvadrat Mötərizələr Nə Deməkdir?
State dəyəri yaratdıqda kvadrat mötərizədən istifadə edildiyinə fikir verə bilərsiniz:
const [count, setCount] = useState(0);
Solda olan adlar React API-ının bir hissəsi deyil. State dəyişənləri istənilən adda ola bilər:
const [fruit, setFruit] = useState('banan');
Bu JavaScript sintaksisi “massiv destrukturlaşdırılması” adlanır. Bu deməkdir ki, iki dəyişən yaranır: fruitsetFruit. Bu kod, aşağıdakı koda bərabərdir:
var fruitStateVariable = useState('banana'); // Cüt qaytarılır
var fruit = fruitStateVariable[0]; // Massivinin ilk elementi
var setFruit = fruitStateVariable[1]; // Masivinin ikinci elementi
useState ilə state dəyişəni yaratdıqda iki elementli massiv qaytarılır. Massivin ilk elementi cari dəyər, ikinci elementi isə bu dəyəri yeniləyən funksiyadır. Massiv elementlərini [0][1] kimi istifadə etmək sizi çaşdıra bilər. Çünki, bu dəyərlərin xüsusi mənaları var. Bu səbəbdən, biz massiv destrukturlaşdırılmasından istifadə edirik.
Qeyd
React-in useState-in hansı komponentə aid olduğunu necə bildiyi sizi maraqlandıra bilər. Bu suala FAQ bölməsinin bu cavabından baxa bilərsiniz.
Məsləhət: Bir Neçə State Dəyişəninin İstifadəsi
State dəyişənlərinin [something, setSomething] cütü ilə təyin edilməsindən istifadə edərək fərqli state dəyişənlərini fərqli adlar ilə işlədə bilərik:
function ExampleWithManyStates() {
// Bir neçə state dəyişənindən istifadə et!
const [age, setAge] = useState(42);
const [fruit, setFruit] = useState('banan');
const [todos, setTodos] = useState([{ text: 'Hookları Öyrən' }]);
Yuxarıdakı komponentdə, age, fruittodos lokal dəyişənləri və bu dəyişənləri yeniləyən funksiyalar var:
function handleOrangeClick() {
// this.setState({ fruit: 'orange' }) ilə eynidir
setFruit('portağal');
Çoxlu state dəyişənləri işlətmək vacib deyil. State dəyişənləri obyekt və massiv saxlaya bilərlər. Siz bu formada bir birinə bağlı məlumatları qruplaşdıra bilərsiniz. Lakin, sinifdəki this.setState funksiyasından fərqli olaraq state dəyişənini yenilədikdə dəyərlər birləşmək əvəzinə əvəz olunur.
Müstəqil state dəyişənlərini ayırmaq üçün FAQ-da olan tövsiyələrə baxın.
Sonrakı Addımlar
Bu səhifədə, React-in təmin etdiyi useState adlı Hooka baxdıq. Biz bu hooku “State Hook” kimi adlandırırıq. Bu hook ilə React funksiya komponentinə lokal state əlavə etmək mümkündür!
Biz həmçinin Hookların nə olduğunu anladıq. Funksiya komponentlərindən React xüsusiyyətlərinin işlənməsi üçün təmin olunan funksiyalar Hooklar adlanır. Hookların adları həmişə use ilə başlayır.
Gəlin sonrakı bölmədə yeni Hook haqqında öyrənək: useEffect. Siniflərdə olan lifecycle metodları kimi bu Hook ilə funksiya komponentlərindən yan effektləri icra etmək mümkündür.
Is this page useful?Bu səhifəni redaktə edin