Kompozisiya vs Varislik
These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.
React-in çox güclü kompozisiya modeli olduğundan komponentlər arasında kodu paylaşa bilmək üçün varislik əvəzinə kompozisiyadan istifadə etməyi tövsiyə edirik.
Bu bölmədə, React-ə yeni başlayan proqramçıların ilk yanaşmada varisliyə əl atdıqları problemləri nəzərə alıb, bu problemlərin kompozisiya ilə həllini göstərəcəyik.
Saxlama
Bəzi komponentlərin əvvəlcədən uşaqları haqqında məlumatları yoxdur. Bu vəziyyət daha çox ümumi konteynerlər təsvir edən Sidebar
və ya Dialog
kimi komponentlərdə baş verir.
Belə komponentlərin nəticəsinə uşaq komponentləri birbaşa göndərə bilmək üçün xüsusi children
propundan istifadə etməyi tövsiyə edirik:
function FancyBorder(props) {
return (

{props.children}

children
propundan istifadə etdikdə uşaqları komponentlərə JSX təqinin içərisindən göndərə bilərsiniz:
function WelcomeDialog() {
return (
<FancyBorder color="blue">

Xoş Gəlmisiniz

Kosmik gəmimizi ziyarət etdiyiniz üçün təşəkkür edirik!
</FancyBorder>

<FancyBorder>
JSX təqinin daxilində göndərilən bütün elementlər, FancyBorder
komponentinin children
propundan yerləşdirilir. FancyBorder

-də {props.children}
render etdiyindən, göndərilən elementlər son nəticədə görünəcəklər.
Daha az işlənməsinə baxmayaraq, bəzən komponentə bir neçə “render yeri” lazım ola bilər. Bu hallarda children
əvəzinə öz yaratdığınız konvensiyadan istifadə edin:
function SplitPane(props) {
return (

{props.left}

{props.right}

function App() {
return (
<SplitPane
left={
<Contacts /> }
right={
<Chat /> } />

<Contacts />
və <Chat />
elementlərinin obyekt olduqlarından siz bu elementləri hər hansı bir məlumat kimi proplar ilə göndərə bilərsiniz. Bu yanaşma, başqa kitabxanalarda olan “yuvalar” (slots) konsepsiyasını yadınıza sala bilər. Lakin, React-də proplar ilə nələri göndərə biləcəyinizə heç bir məhdudiyyət yoxdur.
Xüsusiləşmə
Bəzən komponentlər digər kompontlərin “xüsusi halları” ola bilirlər. Məsələn, biz WelcomeDialog
komponentinə Dialog
komponentinin xüsusi halı kimi baxa bilərik.
React-də bu yanaşma da kompozisiya ilə tətbiq edilir. “Xüsusi” komponentlər “ümumi” komponentləri fərqli proplar ilə render edirlər:
function Dialog(props) {
return (
<FancyBorder color="blue">

{props.title}

{props.message}

</FancyBorder>

function WelcomeDialog() {
return (
<Dialog title="Xoş Gəlmisiniz" message="Kosmik gəmimizi ziyarət etdiyiniz üçün təşəkkür edirik!" /> );

Sinif ilə müəyyənləşdirilmiş komponentlərdə belə kompozisiya yaxşı işləyir:
function Dialog(props) {
return (
<FancyBorder color="blue">

{props.title}

{props.message}

{props.children} </FancyBorder>

class SignUpDialog extends React.Component {
constructor(props) {
super(props);
this.handleChange = this.handleChange.bind(this);
this.handleSignUp = this.handleSignUp.bind(this);
this.state = {login: ''};

render() {
return (
<Dialog title="Mars Kəşfiyyat Proqramı"
message="Sizə müraciət edək?">
Məni Qeydə Alın!  </Dialog>

handleChange(e) {
this.setState({login: e.target.value});

handleSignUp() {
alert(`Salam ${this.state.login}!`);

Bəs Varislik?
Facebook-da, biz minlərlə komponent üçün React istifadə edirik və heç bir halda komponent varislik iyerarxiyası düzəltməyi tövsiyyə etmirik.
Kompozisiya və proplar, komponentin görünüş və davranışını açıq və təhlükəsiz şəkildə özəlləşdirməyə imkan yaradır. Nəzərə alın ki, komponentlər primitiv dəyərləri, React elementləri, və ya funksiyaları proplar kimi qəbul edə bilirlər.
Əgər sizə bir neçə komponentdə işlətmək üçün UI olmayan funksionallıq lazımdırsa, biz bu funksionallığı ayrı JavaScript moduluna çıxarmağı tövsiyyə edirik. Komponentlər bu modulu idxal edib modulda olan funksiyanı, obyekti, və ya sinfi varislik lazım olmadan istifadə edə bilərlər.