React Terminlərinin Lüğəti
Tək səhifəli Applikasiya
Tək səhifəli applikasiya, tək HTML səhifəsi və applikasiyanın işləməsi üçün lazım olan bütün faylları (JavaScript və CSS kimi) yükləyir. Səhifəda baş verən hər bir interaksiya üçün serverə yenidən müraciət etmək lazım olmadığından səhifə heç zaman yenidən yüklənmir.
React-də tək səhifəli applikasiya düzəltmək zəruri deyil. Siz mövcud olan veb səhifələrin kiçik hissələrinə interaksiya əlavə etmək üçün React-dən istifadə edə bilərsiniz. React-də yazılmış kod, serverdə render edilmiş (məsələn PHP dili ilə) markup ilə və ya digər klient kitabxanaları ilə eyni zamanda mövcud ola bilər. Faktiki olaraq Facebook-da React bu formada işlədilir.
ES6, ES2015, ES2016, və s
Göstərilən akronimlər ECMAScript Dilinin Spesifikasiya standartının (JavaScript bu standartın tətbiqidir) ən yeni versiyalarına istinad edir. ES2015 kimi də tanınan, ES6 versiyası, keçmiş versiyalara bir çox yeniliklər əlavə edir: ox funksiyaları, siniflər, şablon hərfləri, let
və const
. Spesifik versiyalar haqqında məlumatlara buradan baxa bilərsiniz.
Kompilyatorlar
JavaScript kopilyatoru, qəbul edilən Javascript kodunu digər Javascript formatına çevirir. Ən çox işlənən hallardan biri ES6 sintaksisini köhnə brauzerlərin başa düşəcəyi sintaksisə çevirməkdir. React ilə işlədilən ən məşhur kompilyator Babel-dır.
Paketləmə Qurğuları
Paketləmə Qurğuları fərqli modullarda (adətən yüzlərlə) yazılmış JavaScript və CSS kodlarını brauzerlər üçün optimallaşdırılmış halda olan bir neçə fayla birləşdirir. React applikasiyalarında ən çox işlədilən paketləmə qurğuları Webpack və Browserify-dır.
Paket Menecerləri
Layihənin asılı olduğu paketləri idarə etmək üçün Paket Menecerlərindən istifadə edilir. React applikasiyalarında ən çox işlənən paket menecerləri npm və Yarn-dır. Bu iki paket menecer klienti eyni npm paket registry-sindən istifadə edirlər.
CDN
CDN Kontent Çatdırılma Şəbəkəsidir (Content Delivery Network). Dünyanın hər yerində yərləşən serverlər şəbəkəsindən ibarət olan CDN-lər, kəç olunmuş statik kontent çatdırırlar.
JSX
JSX JavaScript üçün sintaksis əlavəsidir. Bu dilin şablon dilinə oxşamasına baxmayaraq JavaScript-in bütün gücündən istifadə edə bilir. JSX, “React elementləri” adlanan sadə JavaScript obyektləri qaytaran React.createElement()
funksiyalarına kompilyasiya edilir. JSX haqqında giriş üçün bu sənədlərə, dərindən dərslik üçün isə bu sənədlərə baxın.
React DOM atributları, HTML atribut adlarından fərqli olaraq camelCase ad konvensiyasından istifadə edir. Məsələn, JSX-də tabindex
tabIndex
-ə çevrilir. Həmçinin class
atributu JavaScript-in qorunan sözü olduğundan JSX-də className
kimi yazılır:

Mənin adım: Clementine!

Elementlər
React applikasiyalarının əsası React elementlərindən ibarətdir. Elementləri daha çox tanınan “komponentlər” konsepsiyası ilə çaşdırmaq olar. Element sizin ekranda nə görmək istədiyinizi təsvir edir. React elementləri dəyişməzdirlər.
const element =
Salam Dünya

Adətən, elementlər birbaşa işlədilmək əvəzinə komponentlərdən qaytarılırlar.
Komponentlər
React komponentləri səhifəyə render ediləcək React elementi qaytaran kiçik və yenidən istifadə edilə bilən kod bloklarıdır. React komponentinin ən sadə forması React elementi qaytaran sadə JavaScript funksiyasıdır:
function Welcome(props) {
return
Salam, {props.name}

Komponentlər həmçinin ES6 sinifləri da ola bilərlər:
class Welcome extends React.Component {
render() {
return
Salam, {this.props.name}

Komponentlər funksionallıq əsasında parçalana bilər və digər komponentlərdə işlənə bilərlər. Komponentlər digər komponentlər, massivlər, mətnlən, və rəqəmlər qaytara bilərlər. Əgər UI-ın bir hissəsi bir neçə dəfə işlədilirsə (Button, Panel, Avatar) və ya UI təklikdə mürəkkəbdirsə (App, FeedStory, Comment), bu UI-ı yenidən işlədilə bilən komponent etmək olar. Komponent adları həmişə böyük hərf ilə başlamalıdırlar (<wrapper/>
yox <Wrapper/>
). Komponentləri render etmək haqqında əlavə məlumat üçün bu sənədə baxın.
props
props
React komponenti üçün arqumentlərdir. Proplar ana komponentdən uşaq komponentə göndərilən məlumatlardır.
Nəzərə alın ki, props
həmişə oxunabiləndir (readonly). Proplar heç bir formada dəyişdirilməməlidirlər:
// Yanlış!
props.number = 42;
Əgər siz istifadəçi daxil olması və ya şəbəkə cavabı əsasında bir dəyəri dəyişmək istəyirsinizsə state
-dən istifadə edin.
props.children
props.children
bütün komponentlərdə mövcuddur. Bu prop, komponentin açılma və bağlanma təqləri arasında olan konenti ehtiva edir. Məsələn:
<Welcome>Salam Dünya!</Welcome>
Salam Dünya!
mətni Welcome
komponentinin props.children
propunda yərləşdirilir:
function Welcome(props) {
return
{props.children}

Sinif komponentlərində this.props.children
dəyişənindən istifadə edin:
class Welcome extends React.Component {
render() {
return
{this.props.children}

state
Komponentdə hər hansı bir məlumat vaxt ilə dəyişirsə state
-dən istifadə etmək lazımdır. Məsələn, Checkbox
komponentinə isChecked
state-i və NewsFeed
komponentinə şəbəkədən yüklənmiş fetchedPosts
state-i lazım ola bilər.
state
və props
arasındakı əsas fərq props
-un ana komponentindən göndərilməsi, state
-in isə komponentin daxilindən idarə edilməsidir. props
-u komponent dəyişə bilmir, lakin state
-i dəyişə bilir.
Dəyişən hər bir məlumat üçün state-ə “yiyə duran” bir komponent olmalıdır. İki fərqli komponentin state-ini sinxronizasiya etməyin. Əvəzinə, state-i ən yaxın valideynə qaldırıb hər iki komponentə proplar kimi göndərin.
Lifecycle Metodları
Komponentin fəqli fazalarında icra edilən funksiyalar lifecycle metodlarıdır. Komponentin yaranıb DOM-a əlavə edildiyi (mount edilmə), yeniləndiyi və unmount edilib DOM-dan silindiyi zaman çağrılan funksiyalar mövcuddur.
Kontrol Olunan və Kontrolsuz Komponentlər
React-də anket sahələrini idarə etmək üçün iki cür yanaşma mövcuddur.
Dəyəri React tərəfindən kontrol edilən anket sahəsi elementi kontrol olunan komponentdir. İstifadəçi kontrol olunan komponentə məlumat daxil etdikdə “dəyişmək” hadisə işləyicisi çağrılacaq. Sizin kodunuz, daxil olunan dəyəri yoxlayıb yenilənmiş dəyəri render edir. Əgər siz yenidən render etməsəniz anket elementi dəyişməz qalacaq.
Kontrolsuz komponentlər, React-dən kənarda işləyən anket elementləri ilə eyni formada işləyirlər. İstifadəçi anket sahəsinə (input, dropdown və s) məlumat daxil etdikdə React-dən asılı olmayaraq yenilənmiş dəyər anket sahəsində əks olunacaq. Bu deməkdir ki, siz sahədə müəyyən bir dəyərin olmasını idarə edə bilmirsiniz.
Bir çox hallarda kontrol olunan komponent işlətməyi tövsiyə edirik.
Açarlar
Elementlər massivi düzəltdikdə “key” (açar) adlanan xüsusi mətn atributunu elementlərə daxil etməlisiniz. Açarlar React-ə hansı elementlərin yeniləndiyini, əlavə edildiyini və silindiyini müəyyən etməyə kömək edir. Açarlar massivdə olan elementlərə göndərilməlidir.
Açarlar yalnız bir massivdə olan elementlərdə unikal olmalıdırlar. Bu açarlar bütün applikasiyada və ya tək komponentdə belə unikal olmamalıdırlar.
Açarlara Math.random()
kimi dəyərlər göndərməyin. Yenidən render etmələr zamanı açarların “sabit identikliyi” olması vacibdir. Bu dəyərlərdən istifadə edərək React, elementlərin əlavə edildiyini, silindiyini və ya yerini dəyişdiyini müəyyən edə bilər. İdeal olaraq açarlar gələn məlumatın sabit identiklikləri ilə (məsələn post.id
) uyğun olmalıdırlar.
Ref-lər
React hər hansı komponentə qoşula bilən xüsusi bir atribut dəstəkləyir. ref
atributu, React.createRef()
funksiyası tərəfindən yaradılan obyekt, callback funksiyası və ya mətn (köhnə API-dır) qəbul edir. ref
atributu callback funksiyası olduqda, qoşulan DOM element və ya sinif instansiyası (elementin tipindən asılı olaraq) arqument kimi funksiyaya göndərilir. Qəbul edilən DOM elementindən və ya komponent instansiyasından funksiya daxilində birbaşa istifadə edə bilər.
ref-ləri hər yerdə işlətməyin. Əgər applikasiyanızda normal işlər üçün ref-lərdən istifadə etdiyinizi görürsünüzsə yuxarıdan aşağı məlumat axını ilə tanış olun.
Hadisələr
React elementlərində hadisələrin idarə edilməsində bəzi sintaktik fərqlər var:
- React hadisə işləyiciləri kiçik hərflə yazılmaq əvəzinə camelCase ilə yazılırlar.
- JSX işlətdikdə hadisə işləyicilərinə mətn əvəzinə funksiya göndərilir.
Rekonsilyasiya
Komponentin propları və ya state-i dəyişdikdə, React qaytarılan element ilə əvvəlki render edilmiş elementi müqayisə edərək DOM yeniliyinin lazım olduğunu müəyyənləşdirir. Əgər yeni element ilə keçmiş element eyni deyilsə DOM yeniləyəcək. Bu proses “rekonsilyasiya” adlanır.