We want to hear from you!Take our 2021 Community Survey!
This site is no longer updated.Go to react.dev

Hooklar FAQ

These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.

The new documentation pages teaches React with Hooks.

Hooklar React 16.8-ə əlavə olunan yenilikdir. Hooklar ilə sinif yazmadan state və ya digər React xüsusiyyətlərindən istifadə edə bilərsiniz.

Bu səhifədə Hooklar haqqında çox verilən suallar cavablandırılır.

Adaptasiya Strategiyası

Hooklar React-in hansı versiyalarında mövcuddur?

16.8.0-dan başlayaraq aşağıdakı paketlərdə React Hooklarının stabil tətbiqi mövcuddur:

  • React DOM
  • React Native
  • React DOM Server
  • React Test Renderer
  • React Shallow Renderer

Nəzərə alın ki, Hookları aktivləşdirmək üçün bütün React paketlərinin versiyaları 16.8.0-dan yuxarı olmalıdır. Paketləri (məsələn React DOM) yeniləməyi yaddan çıxardıqda Hooklar işləməyəcək.

Hooklar, React Native 0.59-dan başlayaraq dəstəklənir.

Bütün sinif komponentlərini yenidən yazmalıyam?

Xeyr. React-dən sinifləri silmək haqqında heç bir planımız yoxdur. Yenidən yazmalara həmişə imkan olmadığından və məhsulların dərc edilməsi dayandırılmadığından sinif komponentləri yaxın gələcəyə kimi dəstəklənəcək. Yeni kodları Hooklar ilə yazmağı tövsiyə edirik.

Siniflər ilə edə bilmədiyim nələri Hooklar ilə edə bilərəm?

Hooklar ilə komponentlər arası funksional məntiqi paylaşmaq mümkündür. “Xüsusi Hookların İstifadəsi” səhifəsində bu qabiliyyətlərdən danışılır. React core komandasının üzvünün yazdığı bu məqalədə Hookların yaratdığı yeni imkanlar haqqında dərindən danışılır.

React biliklərimin nə qədəri eyni qalır?

Hooklar ilə state, lifecycle, kontekst və ref-lər kimi React xüsusiyyətlərini birbaşa işlətmək mümkündür. Hooklar React-in işləmə prinsiplərini dəyişmirlər. Bu səbəbdən komponentlər, proplar və yuxarıdan aşağı məlumat axınından bilikli olmaq vacibdir.

Hookların öyrənmə əyriliyi var. Sənədlərdə nəsə çatışmırsa, bizə issue yazın və biz sizə kömək etməyə çalışacağıq.

Nə işlətməliyəm — Hooklar, siniflər və ya hər ikisinin qarışığı?

Hazır olduğunuz zaman yeni komponentləri Hooklar ilə yazmağı tövsiyə edirik. Bunu etməmişdən öncə komandanızda hamının bu qərar ilə razılaşdığından və sənədlər ilə tanışlığı olduğundan əmin olun. Mövcud komponentləri yenidən yazmağı (məsələn, baqları düzəltmək üçün) planlaşdırmırsınızsa, mövcud sinifləri Hooklar ilə yenidən yazmağı tövsiyə etmirik.

Sinif komponentlərindən Hookları çağırmaq mümkün deyil. Lakin, eyni komponent ağacında sinif komponentlərini və Hooklar ilə funksiya komponentlərini birlikdə istifadə edə bilərsiniz. Komponentin sinif və ya Hooklar işlədən funksiya olması tətbiq detalıdır. Gələcəkdə React komponentlərini yazmağın əsas yolunun Hooklar olduğunu gözləyirik.

Hooklar siniflərin bütün ssenarilərini əhatə edir?

Bizim məqsədimiz Hooklar ilə siniflərin bütün ssenarilərini əhatə etməkdir. İndiki zamanda getSnapshotBeforeUpdate, getDerivedStateFromErrorcomponentDidCatch lifecycle metodları üçün Hookların heç bir ekvivalenti yoxdur. Lakin, gələcəkdə bu metodları da Hooklar ilə yazmaq mümkün olacaq.

Hooklar render proplarını və yüksək dərəcəli komponentləri əvəzləyir?

Adətən, render proplar və yüksən dərəcəli komponentlər yalnız bir uşaq render edirlər. Belə ssenariləri Hooklar ilə əvəz etmək olar. Hər iki pattern-in öz yeri var (məsələn, virtual skrol edən komponentin renderItem propu və ya vizual konteyner komponentinin öz DOM strukturu ola bilər). Lakin, bir çox halda Hookları işlətmək bəs edir. Hookları işlətdikdə ağacdakı elementlərin sayı azalır.

İşlətdiyiniz eyni API-ları işlətməyə davam edə bilərsiniz.

React Redux v7.1.0-dən başlayaraq Hookları dəstəkləyir və proqramçıları useDispatch və ya useSelector kimi Hooklar ilə təmin edir.

React Router-də v5.1-dən başlayaraq Hooklar dəstəklənir.

Gələcəkdə, digər kitabxanalar da Hookaları dəstəkləyə bilərlər.

Hooklar statik tiplər ilə işləyirlər?

Hooklar statik tiplər ilə dizayn olunublar. Hookların sadə funksiya olduğundan bunlara tip əlavə etmək yüksək dərəcəli komponentlər kimi pattern-lərə tip əlavə etməkdən daha asandır. Flow və TypeScript-in ən son React təriflərində React Hookları dəstəklənir.

Daha vacib olaraq xüsusi Hooklar ilə React API-ını tiplər ilə daha sərt şəkildə məhdudlaşdırmaq mümkündür. React sizə primitivləri verir. Lakin, siz bu primitivləri fərqli formada birləşdirə bilərsiniz.

Hooklar işlədən React komponentlərini necə test etmək mümkündür?

React-in nöqteyi nəzərindən Hooklar işlədən komponent sadə komponentdir. Əgər test etmə həlliniz React-in daxili xüsusiyyətlərindən istifadə etmirsə, Hooklar ilə olan komponentləri sadə komponentlər kimi test edə bilərsiniz.

Qeyd

Test Etmə Reseptlərində kopiyalaya biləcəyiniz bir neçə nümunə var.

Məsələn, gəlin aşağıdakı sayğac komponentinə baxaq:

function Example() {
  const [count, setCount] = useState(0);
  useEffect(() => {
    document.title = `${count} dəfə tıklandı`;
  });
  return (
    <div>
      <p>{count} dəfə tıklandı</p>
      <button onClick={() => setCount(count + 1)}>
        Tıkla
      </button>
    </div>
  );
}

Biz bu komponenti React DOM ilə test edəcəyik. Davranışın brauzer ilə uyğunlaşması üçün render etmə və yeniləmə kodlarını ReactTestUtils.act() çağırışları ilə əhatə edəcəyik:

import React from 'react';
import ReactDOM from 'react-dom/client';
import { act } from 'react-dom/test-utils';import Counter from './Counter';

let container;

beforeEach(() => {
  container = document.createElement('div');
  document.body.appendChild(container);
});

afterEach(() => {
  document.body.removeChild(container);
  container = null;
});

it('can render and update a counter', () => {
  // Test first render and effect
  act(() => {    ReactDOM.createRoot(container).render(<Counter />);  });  const button = container.querySelector('button');
  const label = container.querySelector('p');
  expect(label.textContent).toBe('0 dəfə tıklandı');
  expect(document.title).toBe('0 dəfə tıklandı');

  // Test second render and effect
  act(() => {    button.dispatchEvent(new MouseEvent('click', {bubbles: true}));  });  expect(label.textContent).toBe('1 dəfə tıklandı');
  expect(document.title).toBe('1 dəfə tıklandı');
});

act() çağırışları effektləri də icra edəcək.

Xüsusi Hooku test etmək istədikdə testdə komponent yaradıb bu Hooku işlədə bilərsiniz. Sonra, yazdığınız komponenti test edə bilərsiniz.

Çox kod yazmamaq üçün komponentləri son istifadəçilərin işlətdiyi kimi test etmək fikri ilə dizayn olunmuş React Testing Library kitabxanasından istifadə etməyi tövsiyə edirik.

Əlavə məlumat üçün Test Etmə Reseptləri səhifəsinə baxın.

Lint qaydaları nələri tətbiq edirlər?

Baqları tez tuta bilmək üçün Hookların qaydalarını tətbiq edən ESLint plagini təmin edirik. Bu plagin, ”use” ilə başlayan və dərhal sonrakı hərfi böyük hərf ilə yazılan funksiyanın Hook olduğunu ehtimal edir. Bu evristikanın əla olmadığını və bəzən saxta müsbətlərin yaratdığını bilirik. Lakin, ekosistem səviyyəsində konvesiya olmadıqda Hooklar yaxşı işləməyəcək. Uzun adlar işlətdikdə isə Hookların adaptasiyası və ya bu konvensiyanın tətbiqi yavaşlayacaq.

Bu qayda xüsusilə aşağıdakı nöqtələri tətbiq edir:

  • Hook çağırışları PascalCase kimi yazılan funksiyaların (komponent olduğu ehtimal edilir) və ya digər useSomething funksiyasının (xüsusi Hook olduğu ehtimal edilir) daxilindən çağrılır.
  • Hooklar hər render zamanı eyni sıra ilə çağrılır.

Burada əlavə evristikalar da var. Bu evristikalar saxta müsbətlər ilə baqların tapılmasının balansını saxlayaraq zaman ilə dəyişə bilərlər.

Siniflərdən Hooklara

Lifecycle metodlarının Hooklar ilə uyğunluqları necədir?

  • constructor: Funksiya komponentlərinə konstruktor lazım deyil. Siz state-i useState çağırışında inisializasiya edə bilərsiniz. Əgər ilkin state-in hesablanması bahalıdırsa, siz useState Hookuna funksiya göndərə bilərsiniz.
  • getDerivedStateFromProps: Render zamanı yenilik planlaşdırın.
  • shouldComponentUpdate: aşağıda göstərilən React.memo funksiyasına baxın.
  • render: Bu, funksiya komponentinin gövdəsidir.
  • componentDidMount, componentDidUpdate, componentWillUnmount: Bu funksiyaların bütün kombinasiyalarını (daha az işlədilən ssenarilər daxil olmaqla) useEffect Hooku ilə tətbiq edə bilərsiniz.
  • getSnapshotBeforeUpdate, componentDidCatchgetDerivedStateFromError: Bu funksiyaların Hook ekvivalenti yoxdur. Lakin, gəcələcəkdə bunları da funksiya komponentləri ilə əvəz etmək mümkün olacaq.

Hooklar ilə məlumat yüklənməsini necə tətbiq edə bilərəm?

Başlamaq üçün kiçik demo-ya baxın. Hooklar ilə məlumat mübadiləsi haqqında əlavə məlumat üçün bu məqaləni oxuyun.

İnstansiya dəyişənləri üçün Hook var?

Bəli! useRef() Hooku yalnız DOM referansları üçün işlədilmir. “ref” obyekti ümumi konteynerdir və bu obyektin current parametri sinfin instansiya parametri kimi mutasiya oluna bilən istənilən dəyəri saxlaya bilər.

Siz bu dəyəri useEffect-dən yeniləyə bilərsiniz:

function Timer() {
  const intervalRef = useRef();
  useEffect(() => {
    const id = setInterval(() => {
      // ...
    });
    intervalRef.current = id;    return () => {
      clearInterval(intervalRef.current);
    };
  });

  // ...
}

İnterval lazım olduqda ref lazım deyil (intervalın id dəyəri effektə lokal olacaq). Lakin, hadisə işləyicisindən intervalı təmizləmək lazım olduqda ref-lərdən istifadə edə bilərsiniz:

  // ...
  function handleCancelClick() {
    clearInterval(intervalRef.current);  }
  // ...

Konseptual olaraq ref-lər sinfin instansiya dəyərlərinə bənzəyirlər. Əgər lazy inisializasiya edirsinizsə, ref-ləri render zamanı yeniləməyin. Bu, gözlənilməz davranışlara səbəb ola bilər. Əvəzinə, ref-ləri hadisə işləyicilərindən və effektlərdən yeniləyin.

Bir və ya bir neçə state dəyişəni işlətməliyəm?

Siniflər ilə tanışığınız olduqda useState() Hookunu bir dəfə çağırıb bütün state-i bir obyektdə saxlamaq istəyə bilərsiniz. Əgər istəyirsinizsə, bunu edə bilərsiniz. Aşağıdakı nümunədə maus hərəkətinin pozisiyası və ölçüsü lokal state-də saxlanır:

function Box() {
  const [state, setState] = useState({ left: 0, top: 0, width: 100, height: 100 });
  // ...
}

İstifadəçi mausu tərpətdikdə lefttop dəyərlərini dəyişən məntiqi yazmaq üçün bu dəyərləri əvvəlki state ilə özümüz biləşdirməliyik:

  // ...
  useEffect(() => {
    function handleWindowMouseMove(e) {
      // "...state" yayması ilə width və height dəyərlərini itirməyəcəyimizdən əmin oluruq.      setState(state => ({ ...state, left: e.pageX, top: e.pageY }));    }
    // Qeyd: Bu tətbiq sadələşdirilib
    window.addEventListener('mousemove', handleWindowMouseMove);
    return () => window.removeEventListener('mousemove', handleWindowMouseMove);
  }, []);
  // ...

State dəyişənini yenilədikdə state-də olan dəyər əvəz olunur. Bu, yenilənən dəyəri state obyekti ilə birləşdirən sinfin this.setState funksiyasından fərqlidir.

Əgər avtomatik birləşməni bəyənirsinizsə, state yeniliklərini state obyekti ilə birləşdirən useLegacyState adlı xüsusi Hook yarada bilərsiniz. Lakin, biz state-i dəyərləri birlikdə dəyişən bir neçə state dəyişənlərinə parçalamağı tövsiyə edirik.

Məsələn, biz komponent state-ini positionsize obyektlərinə parçalayıb obyektləri biləşdirmədən position dəyərini yeni dəyər ilə əvəz edə bilərik:

function Box() {
  const [position, setPosition] = useState({ left: 0, top: 0 });  const [size, setSize] = useState({ width: 100, height: 100 });

  useEffect(() => {
    function handleWindowMouseMove(e) {
      setPosition({ left: e.pageX, top: e.pageY });    }
    // ...

State dəyişənlərini parçalamağın başqa faydası da var. State-lər məntiq əsasında ayrıldıqda əlaqəli məntiqləri xüsusi Hooka ixrac etmək asanlaşır. Məsələn:

function Box() {
  const position = useWindowPosition();  const [size, setSize] = useState({ width: 100, height: 100 });
  // ...
}

function useWindowPosition() {  const [position, setPosition] = useState({ left: 0, top: 0 });
  useEffect(() => {
    // ...
  }, []);
  return position;
}

position state dəyəri üçün olan useState çağırışınının və bu state üçün lazım olan effektin state-li məntiqi dəyişmədən xüsusi Hooka necə köçürüldüyünə fikir verin. Bütün state bir obyektdə yerləşdirildikdə state-ləri ixrac etmək çətinləşəcək.

Bütün state-ləri bir useState çağırışında saxlamaq və ya hər state üçün ayrı useState çağırışı işlətmək eyni nəticəni verəcəklər. Bu iki hədd arasında balans tapıb əlaqəli state-ləri müstəqil state dəyişənlərinə qruplaşdırdıqda komponentləri oxumaq asanlaşır. State məntiqi mürəkkəbləşdikdə xüsusi Hook və ya reducer işlətməyi tövsiyə edirik.

Effekti yalnız yenilik zamanı icra edə bilərəm?

Bu çox nadir ssenaridir. Bu lazım olduqda ilk və ya sonrakı render etməni təyin etmək üçün boolin dəyəri saxlayan mutasiya olunan ref saxlayıb, bu ref-in dəyərini effekt çağırışında yoxlayın. (Bunu çox elədiyinizi görürsünüzsə, bu məntiq üçün xüsusi Hook yarada bilərsiniz.)

Keçmiş state və propları necə əldə edə bilərəm?

İndiki zamanda, siz köhnə dəyərləri ref-də saxlaya bilərsiniz:

Sometimes, you need previous props to clean up an effect. For example, you might have an effect that subscribes to a socket based on the userId prop. If the userId prop changes, you want to unsubscribe from the previous userId and subscribe to the next one. You don’t need to do anything special for this to work:

const prevCountRef = useRef(); useEffect(() => { prevCountRef.current = count; }); const prevCount = prevCountRef.current;

return

İndi: {count}, əvvəl: {prevCount}

; }

Bu biraz çaşdırıcı ola bilər. Lakin, siz bunu xüsusi Hooka ixrac edə bilərsiniz:

```js{3,7}
function Counter() {
  const [count, setCount] = useState(0);
  const prevCount = usePrevious(count);
  return <h1>İndi: {count}, əvvəl: {prevCount}</h1>;
}

function usePrevious(value) {
  const ref = useRef();
  useEffect(() => {
    ref.current = value;
  });
  return ref.current;
}

Bu məntiq ilə proplar, state və ya digər hesablanmış dəyərlər saxlana bilər.

function Counter() {
  const [count, setCount] = useState(0);

  const calculation = count + 100;
  const prevCalculation = usePrevious(calculation);  // ...

Bu ssenarinin çox işlədildiyindən gələcəkdə React-ə usePrevious Hooku əlavə edə bilərik.

Törənən state üçün tövsiyə olunan pattern-ə də baxın.

Niyə funksiya daxilində köhnə state və prop dəyərləri görürəm?

Komponent daxilində olan bütün funksiyalar (hadisə işləyiciləri və effektlər daxil olmaqla) render zamanı yaranan bütün state və propları “görürlər.” Məsələn, gəlin aşağıdakı koda baxaq:

function Example() {
  const [count, setCount] = useState(0);

  function handleAlertClick() {
    setTimeout(() => {
      alert('Tıklandı: ' + count);
    }, 3000);
  }

  return (
    <div>
      <p>{count} dəfə tıklandı</p>
      <button onClick={() => setCount(count + 1)}>
        Tıkla
      </button>
      <button onClick={handleAlertClick}>
        Xəbərdarlığı göstər
      </button>
    </div>
  );
}

“Xəbərdarlığı göstər” düyməsini tıklayıb sayğacı artırdıqda xəbərdarlıqda “Xəbərdarlığı göstər” tıklandığı zaman təyin edilən count dəyişəninin dəyəri göstəriləcək. Bu, state və propların dəyişmədiyini fikirləşən kodlarda baqların qarşısını alır.

Əgər asinxron callback-dən ən son state-i oxumaq istəyirsinizsə, bu dəyəri ref-də saxlayıb, mutasiya edib və oxuya bilərsiniz.

Ən sonda, köhnə state və ya propları görməyin səbəblərindən biri, “asılılıq massivi” optimallaşdırmasından istifadə etdikdə bütün asılılıqların təyin edilməməsidir. Məsələn, əgər effektin ikinci arqumentində [] massivi təyin edilib amma effektin daxilində someProp işlədilibsə, effektdə someProp dəyərinin ilkin propu “görünəcək”. Bunu həll etmək üçün asılılıq massivini silmək və ya düzəltmək lazımdır. Funksiyaları massivdə işlətmək və asılılıqları səhvən buraxmadan effektləri daha az icra etmək üçün digər strategiyalar haqqında məlumat almaq üçün göstərilən linklərə baxın.

Qeyd

Biz, eslint-plugin-react-hooks paketinin exhaustive-deps qaydasından istifadə etməyi tövsiyə edirik. Bu qayda, asılılıqların səhv təyin edildiyini göstərir və düzəliş təklif edir.

getDerivedStateFromProps funksiyasını necə tətbiq edə bilərəm?

Bir çox halda bunun lazım olmadığına baxmayaraq lazım olan bəzi nadir hallarda (məsələn, <Transition> komponentini tətbiq etdikdə) state-i render etmə zamanı yeniləyə bilərsiniz. React, ilk render etmədən dərhal sonra komponenti yenilənmiş state ilə yenilədiyindən bu əməliyyat bahalı olmayacaq.

Aşağıdakı nümunədə biz row propunun əvvəlki dəyərini state dəyişənində saxlayaraq dəyərləri müqayisə edirik:

function ScrollView({row}) {
  const [isScrollingDown, setIsScrollingDown] = useState(false);
  const [prevRow, setPrevRow] = useState(null);

  if (row !== prevRow) {
    // Son render etmədən sonra row dəyəri dəyişdiyindən isScrollingDown state-ini yenilə.
    setIsScrollingDown(prevRow !== null && row > prevRow);
    setPrevRow(row);
  }

  return `Aşağı skrol edilir: ${isScrollingDown}`;
}

Bu, ilk baxışda qəribə görünə bilər. Lakin, render etmə zamanı yeniləmə əməliyyatı getDerivedStateFromProps funksiyası ilə konseptual olaraq eynidir.

forceUpdate kimi funksiya var?

Əgər yeni dəyər köhnə dəyər ilə eynidirsə, useStateuseReducer Hookları komponenti yeniləməyəcəklər. State-i yerində dəyişib setState çağırdıqda yenidən render etmə baş verməyəcək.

Normalda, React-in lokal state-i mutasiya olunmur. Lakin, çıxış yolu kimi artan sayğac işlədərək yenidən render etməni məcbur edə bilərsiniz:

  const [ignored, forceUpdate] = useReducer(x => x + 1, 0);

  function handleClick() {
    forceUpdate();
  }

Bu həlli çalışdığınız qədər az işlədin.

Funksiya komponentinə ref qoşa bilərəm?

Adətən bunun lazım olmadığına baxmayaraq useImperativeHandle Hooku ilə bəzi imperativ metodları valideyn komponentdən istifadə edə bilərsiniz.

DOM nodunu necə ölçə bilərəm?

DOM nodunun ölçüsünü və ya pozisiyasını hesablamaq üçün callback ref-indən istifadə edə bilərsiniz. Fərqli noda ref qoşulduqda React bu callback-i çağıracaq. Aşağıdakı kiçik demo-ya baxın:

function MeasureExample() {
  const [height, setHeight] = useState(0);

  const measuredRef = useCallback(node => {    if (node !== null) {      setHeight(node.getBoundingClientRect().height);    }  }, []);
  return (
    <>
      <h1 ref={measuredRef}>Salam dünya</h1>      <h2>Yuxarıdakı başlığın hündürlüyü: {Math.round(height)}px</h2>
    </>
  );
}

Obyekt ref-inin cari ref dəyərinə edilən dəyişikliklər haqqında xəbərdarlıq vermədiyindən bu nümunədə useRef-dən istifadə etmirik. Callback ref-i işlətdikdə hesablanan nodun uşaq komponentdən göstərilməsinə baxmayaraq (e.g. məsələn düymə tıklandıqda) dəyişikliklər valideyn komponentə bildirilir. Bu səbəbdən, biz hesablamaları yeniləyə bilirik.

useCallback-in asılılıqlar massivinə boş massivin ([]) göndərildiyinə fikir verin. Boş massivin ref callback-inin dəyişmədiyini və yenidən render etmələr zamanı eyni qaldığını siğortaladığından React bu funksiyanı lazımsız yerə çağırmayacaq.

Bu nümunədə <h1> komponentinin bütün render etmələr zamanı mövcud olduğundan callback ref-i yalnız komponent mount və unmount edildiyi zaman çağrılacaq. Əgər komponentin ölçüsü dəyişdiyi zaman bildirişli olmaq istəyirsinizsə, ResizeObserver və ya bunun üzərində düzəlmiş 3-cü tərəfin Hookundan istifadə edə bilərsiniz.

İstədiyiniz zaman bu məntiqi xüsusi Hooka ixrac edə bilərsiniz:

function MeasureExample() {
  const [rect, ref] = useClientRect();  return (
    <>
      <h1 ref={ref}>Salam dünya</h1>
      {rect !== null &&
        <h2>Yuxarıdakı başlığın hündürlüyü: {Math.round(rect.height)}px</h2>
      }
    </>
  );
}

function useClientRect() {
  const [rect, setRect] = useState(null);
  const ref = useCallback(node => {
    if (node !== null) {
      setRect(node.getBoundingClientRect());
    }
  }, []);
  return [rect, ref];
}

const [thing, setThing] = useState() nə deməkdir?

Bu sintaksis ilə tanışlığınız yoxdursa, State Hook sənədində olan izahatı oxuyun.

Performans Optimallaşdırması

Yeniliklər olduqda effekti atlaya bilərəm?

Bəli. Effektlərin şərti icra olunması səhifəsinə baxın. Yeniliklərin idarə olunmasının unudulmasının baqlara səbəb olduğundan biz bunu normal davranış kimi tətbiq etmirik.

Asılılıqlar siyahısına funksiyaları əlavə etməmək təhlükəsizdir?

Ümumilikdə, xeyr.

function Example({ someProp }) {
  function doSomething() {
    console.log(someProp);  }

  useEffect(() => {
    doSomething();
  }, []); // 🔴 Bu, problem yaradacaq (`doSomething` funksiyası `someProp` işlədir)}

Effektdən kənarda olan funksiyaların hansı state və propları işlətdiyini yadda saxlamaq çətindir. Bu səbədən effektdə işlədiləcək funksiyaları effektin daxilində yaratmağı tövsiyə edirik. Bu həll ilə effektin komponent scope-unda olan hansı dəyərlərdən asılı olduğunu daha aydın görmək mümkündür:

function Example({ someProp }) {
  useEffect(() => {
    function doSomething() {
      console.log(someProp);    }

    doSomething();
  }, [someProp]); // ✅ OK (effekt `someProp` propunu işlədir)}

Əgər bu həll ilə komponent scope-undan heç bir dəyər işlətmiriksə, asılılıq massivini [] dəyər ilə təyin etmək problem yaratmayacaq:

useEffect(() => {
  function doSomething() {
    console.log('hello');
  }

  doSomething();
}, []); // ✅ OK. bu nümunədə komponent scope-unda olan *heç bir* dəyər işlədilmir

Aşağıda, fərqli ssenarilərdə işlədilən digər seçimlər də göstərilir.

Qeyd

Biz, eslint-plugin-react-hooks paketinin exhaustive-deps qaydasından istifadə etməyi tövsiyə edirik. Bu qayda, asılılıqların səhv təyin edildiyini göstərir və düzəliş təklif edir.

Gəlin bunun niyə vacib olduğuna baxaq.

useEffect, useLayoutEffect, useMemo, useCallback və ya useImperativeHandle Hooklarının son arqumentinə asılılıqlar siyahısı təyin etdikdə Hooka göndərilən funksiyanın işlətdiyi bütün React məlumat axınına aid olan dəyərlərin hamısı bu massivdə işlədilməlidir. Buna proplar, state və bu dəyərlərdən törənən bütün dəyərlə daxildir.

Asılılıq massivindən yalnız funksiyanın daxilində (və ya bu funksiyanın çağırdığı funksiyaların daxilində) state, proplar və ya bu dəyərlərdən yaranmış dəyərlərə referans olmadıqda bu funksiyanı buraxmaq mümkündür. Aşağıdakı nümunədə baq var:

function ProductPage({ productId }) {
  const [product, setProduct] = useState(null);

  async function fetchProduct() {
    const response = await fetch('http://myapi/product/' + productId); // productId propunu işlədir    const json = await response.json();
    setProduct(json);
  }

  useEffect(() => {
    fetchProduct();
  }, []); // 🔴 Yanlış. `fetchProduct` funksiyası `productId` işlədir  // ...
}

Bunu düzəltmək üçün funksiyanı effektin daxilinə köçürməyi tövsiyə edirik. Bu həll ilə effektin hansı state və ya propları işlətdiyini bilmək asanlaşır və bu dəyərlərin həmişə təyin olunduğu siğortalanır:

function ProductPage({ productId }) {
  const [product, setProduct] = useState(null);

  useEffect(() => {
    // Funksiyanı effektin daxilinə köçürərək bu effektin hansı dəyərləri işlətdiyini görmək mümkündür.    async function fetchProduct() {      const response = await fetch('http://myapi/product/' + productId);      const json = await response.json();      setProduct(json);    }
    fetchProduct();
  }, [productId]); // ✅ Effektin productId propundan istifadə etdiyindən bu massiv etibarlıdır  // ...
}

Bu kod ilə effektin daxilində lokal state yaradaraq lazımsız cavabları idarə etmək mümkündür:

  useEffect(() => {
    let ignore = false;    async function fetchProduct() {
      const response = await fetch('http://myapi/product/' + productId);
      const json = await response.json();
      if (!ignore) setProduct(json);    }

    fetchProduct();
    return () => { ignore = true };  }, [productId]);

Funksiyanı effektin daxilinə əlavə etdiyimizdən artıq bu funksiyanı asılılıqlar massivinə əlavə etməməliyik.

Məsləhət

Hooklar ilə məlumat yüklənməsi haqqında əlavə məlumat almaq üçün bu kiçik demo-yabu məqaləyə baxın.

Əgər funksiyanı effektin daxilinə əlavə edə bilmirsinizsə, aşağıda göstərilə digər seçimlərə baxın:

  • Funksiyanı komponentdən kənara köçürün. Bu yol ilə funksiyanın heç bir state və ya proplardan asılı olmayacağı siğortalanır. Bu səbəbdən funksiyanı asılılıqlar massivinə əlavə etmək lazım deyil.
  • Əgər çağırdığınız funksiya təmiz hesablamadırsa və render etmə zamanı çağrıla bilirsə, siz bu funksiyanı effektin kənarından çağıra bilər və effekti funksiyanın qaytardığı dəyərdən asılı edə bilərsiniz.
  • Ən son variant kimi funksiyanı effektin asılılıqlar massivinə əlavə edib bu funksiyanın tətbiqini useCallback Hooku ilə əhatə edə bilərsiniz. Bu, funksiyanın öz asılılıqları dəyişməyənə kimi hər render zamanı eyni identikliyini saxlayağını təmin edir:
function ProductPage({ productId }) {
  // ✅ Render etmə zamanı funksiyanın dəyişməməsi üçün funksiyanı useCallback ilə əhatə edin  const fetchProduct = useCallback(() => {    // ... productId ilə nəsə et ...  }, [productId]); // ✅ useCallback-in bütün asılılıqları təyin edilib
  return <ProductDetails fetchProduct={fetchProduct} />;
}

function ProductDetails({ fetchProduct }) {
  useEffect(() => {
    fetchProduct();
  }, [fetchProduct]); // ✅ Bütün useEffect asılılıqları təyin edilib
  // ...
}

Yuxarıdakı nümunədə funksiyanın asılılıqlar massivində olduğuna fikir verin. Bu asılılıq ProductPage-in productId propunda dəyişiklik olduqda ProductDetails komponentində yenidən yüklənmənin avtomatik icra olunmasını təmin edir.

Effekt asılılıqları tez-tez dəyişdikdə nə etməliyəm?

Bəzən effetlərdə tez-tez dəyişən state işlədilə bilər. Bu səbəbdən, siz state-i effektin asılılıqlarından silmək istəyə bilərsiniz. Lakin, bu, baqlara səbəb olacaq:

function Counter() {
  const [count, setCount] = useState(0);

  useEffect(() => {
    const id = setInterval(() => {
      setCount(count + 1); // Bu effet `count` state-indən asılıdır    }, 1000);
    return () => clearInterval(id);
  }, []); // 🔴 Baq: `count` state-i asılılıq kimi təyin edilməyib
  return <h1>{count}</h1>;
}

Boş asılılıqlar massivi ([]) effektin yalnız komponentin mount olunduğu zaman icra ediləcəyini bildirir. Lakin, yaratdığımız closure-da count state-inin dəyərinin 0 olduğundan setInterval callback-inin daxilində olan count dəyəri dəyişməyəcək. Hər keçən saniyədə intervalın callback-i setCount(0 + 1) funksiyasını çağıracaq və bu səbəbdən sayğac heç vaxt 1-dən yüksək olmayacaq.

[count] dəyərini asılılıqlar siyahısına əlavə etdikdə baqlar düzələcək. Lakin, interval hər dəyişiklik zamanı sıfırlanacaq. Effektiv olaraq setInterval təmizlənməmişdən qabaq yalnız bir dəfə icra olunacaq (setTimeout kimi). Bu, istədiyimiz nəticəni verməyə bilər. Bunu həll etmək üçün setState-in funksional yeniləmə formasından istifadə edə bilərik. Bu forma ilə cari state-i referans etmədən state-in necə dəyişəcəyini təyin etmək mümkündür:

function Counter() {
  const [count, setCount] = useState(0);

  useEffect(() => {
    const id = setInterval(() => {
      setCount(c => c + 1); // ✅ Bu, `count` dəyişənindən asılı deyil    }, 1000);
    return () => clearInterval(id);
  }, []); // ✅ Effetimiz komponent scope-unda olan heç bir dəyərdən istifadə etmir
  return <h1>{count}</h1>;
}

(setCount funksiyasının stabil olduğundan bu funksiyanı effektə asılılıq kimi əlavə etmək lazım deyil.)

İndi, setInterval callback-inin hər saniyə icra olunduğuna baxmayaraq setCount-un daxili funksiyası count dəyərinin (callback-də c adlanır) ən yeni dəyərini istifadə edir.

Daha mürəkkəb ssenarilərdə (məsələn, bir state-in başqa state-dən asılı olduğu hallar kimi) state yeniləməsi məntiqini useReducer Hooku ilə effektdən kənara çıxarın. Bunu etmək üçün bu məqalədəki nümunəyə baxın. Reducer funksiyasının komponentin daxilində təyin olunub komponentin proplarını oxumasına baxmayaraq useReducer-in dispatch funksiyası həmişə stabil qalır.

Ən son hallda, sinfin this dəyəri kimi bir dəyər işlətmək istəyirsinizsə, mutasiya oluna bilən dəyişəni saxlamaq üçün ref-dən istifadə edin. Sonra, siz bu ref-i oxuya və dəyişə bilərsiniz. Məsələn:

function Example(props) {
  // Ən son propları ref-də saxla.  const latestProps = useRef(props);  useEffect(() => {    latestProps.current = props;  });
  useEffect(() => {
    function tick() {
      // Ən son propları ref-dən oxu      console.log(latestProps.current);    }

    const id = setInterval(tick, 1000);
    return () => clearInterval(id);
  }, []); // Bu effekt heç vaxt çağrılmır}

Yalnız daha yaxşı alternativ olmadıqda bu yoldan istifadə edin. Əgər xüsusi bir pattern işləmirsə bizə nümunə ilə issue göndərin.

shouldComponentUpdate funksiyasını necə tətbiq edə bilərəm?

Propları dayaz müqayisə etmək üçün funksiya komponentini React.memo ilə əhatə edin:

const Button = React.memo((props) => {
  // your component
});

Bu funksiyas Hook deyil. Çünki, bunu Hooklar kimi kompozisiya etmək mümkün deyil. React.memo funksiyası PureComponent sinfinə oxşayır. Lakin, bu funksiya yalnız propları müqayisə edir. (Xüsusi müqayisə funksiyasını təyin etmək üçün ikinci arqument əlavə edə bilərsiniz. Bu funksiya keçmiş və yeni propları qəbul edir və true qaytardıqda yeniliyi buraxır.)

Müqayisə etmək üçün tək state yeniliyinin olmadığından React.memo funksiyası state-i müqayisə etmir. Lakin, siz uşaqları saf edə bilər, hətta fərdi uşaqları useMemo ilə optimallaşdıra bilərsiniz.

Hesablamaları necə memoizasiya edə bilərəm?

useMemo Hooku ilə “əvvəlki” hesablamanı saxlayaraq render etmələr arası hesablamaları kəş edə bilərsiniz:

const memoizedValue = useMemo(() => computeExpensiveValue(a, b), [a, b]);

Yuxarıdakı kodda computeExpensiveValue(a, b) funksiyası çağrılır. Lakin, [a, b] asılılıqları dəyişmədikdə useMemo ilə bu funksiya ikinci dəfə çağrılmayacaq və son çağırışın dəyəri qaytarılacaq.

useMemo Hookuna göndərilən funksiyanın render etmə zamanı çağrıldığını unutmayın. Bu funksiyada render etmə zamanı etmədiyiniz heç bir əməliyyatı etməyin. Məsələn, yan effektləri useEffect Hookunda işlədin, useMemo-da yox.

useMemo Hookuna semantik qarantiya kimi yox performans optimallaşdırması kimi etibar edin. Gələcəkdə, React, əvvəlki memoizasiya olunmuş dəyərləri “unudub” bu dəyərləri sonrakı render etmə zamanı yenidən hesablaya bilər (məsələn, ekranda görünməyən komponentləri yaddaşdan sildikdə). Kodunuzu bu Hooku işlətmədən yazın. Sonra, useMemo əlavə edərək performansı optimallaşdırın. (Dəyərin heç vaxt yenidən hesablanmaması lazımdırsa, siz ref-i lazy formada inisializasiya edə bilərsiniz.)

Rahatlıq üçün useMemo ilə uşağın bahalı yenidən render etməsini atlaya bilərsiniz:

function Parent({ a, b }) {
  // Yalnız `a` dəyişdikdə yenidən render etmə baş verir:
  const child1 = useMemo(() => <Child1 a={a} />, [a]);
  // Yalnız `b` dəyişdikdə yenidən render etmə baş verir:
  const child2 = useMemo(() => <Child2 b={b} />, [b]);
  return (
    <>
      {child1}
      {child2}
    </>
  )
}

Nəzərə alın ki, Hookları tsıkllardan çağırmaq mümkün olmadığından bu yanaşma tsıkl ilə işləmir. Lakin, siyahı elementi üçün ayrı komponent ixrac edib bu komponentdən useMemo çağıra bilərsiniz.

Bahalı obyektləri lazy formada necə yaratmaq mümkündür?

Asılılıqlar dəyişmədikdə useMemo ilə bahalı hesablamaları memoizasiya etmək mümkündür. Lakin, bu Hook yalnız işarə kimi işlədilir və hesablamanın yenidən icra olmadığını siğortalamır. Amma, bəzən obyektin yalnız bir dəfə yaranmasını siğortalamaq lazım olur.

İlkin state-i yaratmağın bahalı olması ilk ssenarilərdən biridir:

function Table(props) {
  // ⚠️ createRows() funksiyası hər render etmə zamanı çağrılır
  const [rows, setRows] = useState(createRows(props.count));
  // ...
}

İlkin state-i hər dəfə hesablamamaq üçün useState Hookuna funksiya göndərə bilərik:

function Table(props) {
  // ✅ createRows() funksiyası yalnız bir dəfə çağrılır
  const [rows, setRows] = useState(() => createRows(props.count));
  // ...
}

React bu funksiyanı yalnız ilk render zamanı çağıracaq. useState API arayışına baxın.

Bəzən, useRef()-in ilkin dəyərini də yaratmaqdan çəkinmək istəyə bilərsiniz. Məsələn, imperativ sinif instansiyasının yalnız bir dəfə yaranmasını təmin etmək istəyə bilərsiniz:

function Image(props) {
  // ⚠️ yeni IntersectionObserver obyekti hər render etmə zamanı yaranır
  const ref = useRef(new IntersectionObserver(onIntersect));
  // ...
}

useRef Hooku useState Hooku kimi xüsusi funksiya qəbul etmir. Əvəzinə, bu obyekti lazy formada yaradan funksiya yarada bilərsiniz:

function Image(props) {
  const ref = useRef(null);

  // ✅ IntersectionObserver obyekti lazy formada yaranır
  function getObserver() {
    if (ref.current === null) {
      ref.current = new IntersectionObserver(onIntersect);
    }
    return ref.current;
  }

  // Lazım olduqda getObserver() funksiyasını çağırın
  // ...
}

Bu həll ilə obyekt lazım olmayana kimi bu obyekti yaratmaya bilərsiniz. Əlavə olaraq Flow və ya TypeScript işlətdikdə rahatlıq üçün getObserver() funksiyasına null olmayan tip təyin edə bilərsiniz.

Render zamanı funksiyaların yaranması Hookları yavaşladır?

Xeyr. Modern brauzerlərdə extremal ssenarilər istisna olmaqla closure-ları siniflər ilə müqayisə etdikdə əhəmiyyətli performans fərqi olmur.

Əlavə olaraq, Hookların dizaynı bir neçə formada daha səmərəlidir:

  • Hooklar ilə siniflərdə olan sinif instansiyalarının yaranması və hadisə işləyicilərinin konstruktorda bind edilməsi ağırlıqlarından çəkinmək mümkündür.
  • Hookların idiomatik kodu ilə komponent ağacında yüksək dərəcəli komponentlər, render etmə propları və kontekst işlədən kodlarda olduğu kimi dərin nesting-lər etmək lazım deyil. React, daha kiçik komponent ağaclarında daha az iş görür.

Adətən, React-də eyni sətrli funksiyaların performansı ilə bağlı qayğılar hər render etmə zamanı göndərilən callback-lərin uşaq komponentlərində shouldComponentUpdate optimallaşdırmasını sındırmasından gəlir. Hooklar ilə bu problemi üç tərəfdən düzəltmək mümkündür.

  • useCallback Hooku ilə yenidən render etmələr arasında eyni callback-ə refaransı saxlayaraq shouldComponentUpdate-in düzgün işləməsini təmin etmək mümkündür:

    // `a` və ya `b` dəyişməyənə kimi funksiya dəyişməyəcək
    const memoizedCallback = useCallback(() => {  doSomething(a, b);
    }, [a, b]);
  • useMemo Hooku ilə fərdi uşaq komponentlərinin yenilənməsini idarə edib Pure komponentlərə ehtiyacı azaltmaq mümkündür.
  • Ən sonda useReducer Hooku ilə callback-ləri dərinə göndərməyi azaltmaq mümkündür (aşağıdakı bölmədə izah edilir).

Callback-ləri göndərməkdən necə çəkinə bilərəm?

Biz, proqramçıların callback-ləri əl ilə komponent ağacının hər dərəcəsinə göndərilməsini sevmədiyini bilirik. Bunun daha açıq göründüyünə baxmayaraq bu, çox iş kimi görünə bilir.

Böyük ağaclarda alternativ kimi useReducer-in dispatch funksiyasını kontekst ilə göndərməyi tövsiyə edirik:

const TodosDispatch = React.createContext(null);

function TodosApp() {
  // Qeyd: `dispatch` funksiyası render etmələr arasında dəyişmir  const [todos, dispatch] = useReducer(todosReducer);
  return (
    <TodosDispatch.Provider value={dispatch}>
      <DeepTree todos={todos} />
    </TodosDispatch.Provider>
  );
}

TodosApp-in ağacının daxilində olan bütün uşaqlar dispatch funksiyasından istifadə edib əməliyyatları TodosApp-ə göndərə bilərlər:

function DeepChild(props) {
  // Əməliyyat icra etmək istədikdə `dispatch` funksiyasını kontekstdən ala bilərik.  const dispatch = useContext(TodosDispatch);
  function handleClick() {
    dispatch({ type: 'add', text: 'salam' });
  }

  return (
    <button onClick={handleClick}>Todo əlavə et</button>
  );
}

Bu yanaşma ilə callback-ləri daha rahat idarə edə bilər (callback-ləri yönləndirmək lazım deyil) və callback problemini tam aradan qaldıra bilərik. Dərin yeniləmə əməliyyatları üçün dispatch funksiyasını bu formada göndərməyi tövsiyə edirik.

Nəzərə alın ki, applikasiya state-ini proplar (daha açıq formada) və ya kontekst (dərin yeniləmələr üçün daha rahatdır) ilə göndərə bilərsiniz. Əgər state-i kontekst ilə göndərirsinizsə, iki fərqli kontekst tipindən istifadə edin — dispatch funksiyası konteskti heç vaxt dəyişmədiyindən bu funksiyanı işlədən komponentlər yenidən render edilməyəcəklər. Yalnız, applikasiya state-i lazım olduqda komponentlər yeniden render ediləcəklər.

useCallback-dən tez-tez dəyişən dəyəri necə oxuya bilərəm?

Qeyd

Biz, fərdi callback-ləri proplar ilə göndərmək əvəzinə dispatch funksiyasını kontekst ilə göndərməyi tövsiyə edirik. Aşağıdakı yanaşma bütünlük və çıxış yolu məqsədi ilə göstərilib.

Əlavə olaraq, bu pattern-in konkurrent modunda problemlər yarada biləcəyini unutmayın. Biz, gələcəkdə daha erqonomik alternativlər təmin etməyi planlayırıq. Lakin, indiki zamanda callback-in dəyəri dəyişdikdə callback-i yeniləmək ən təhlükəsiz yoldur.

Bəzi nadir ssenarilərdə callback-i useCallback ilə memoizasiya etmək lazım olur. Lakin, daxili funksiyanın tez-tez yenidən yarandığından memoizasiya işləmir. Əgər memoizasiya etdiyiniz funksiya hadisə işləyicisidirsə və render etmə zamanı işlədilmirsə, ref-i instansiya dəyişəni kimi istifadə edərək ən son dəyəri bu ref-ə əl ilə yaza bilərsiniz:

function Form() {
  const [text, updateText] = useState('');
  const textRef = useRef();

  useEffect(() => {
    textRef.current = text; // Ref-ə yaz  });

  const handleSubmit = useCallback(() => {
    const currentText = textRef.current; // Ref-dən oxu    alert(currentText);
  }, [textRef]); // handleSubmit funksiyasını [text] asılılığı əlavə etdikdə yenidən yaranmasının qarşısını al

  return (
    <>
      <input value={text} onChange={e => updateText(e.target.value)} />
      <ExpensiveTree onSubmit={handleSubmit} />
    </>
  );
}

Bunun çaşdırıcı pattern olmasına baxmayaraq siz bu formalı çıxış yolu optimallaşdırması tətbiq edə bilərsiniz. Bunu xüsusi Hooka ixrac etdikdə funksiyanı işlətmək asanlaşa bilər:

function Form() {
  const [text, updateText] = useState('');
  // Will be memoized even if `text` changes:
  const handleSubmit = useEventCallback(() => {    alert(text);
  }, [text]);

  return (
    <>
      <input value={text} onChange={e => updateText(e.target.value)} />
      <ExpensiveTree onSubmit={handleSubmit} />
    </>
  );
}

function useEventCallback(fn, dependencies) {  const ref = useRef(() => {
    throw new Error('Render etmə zamanı hadisə işləyicisini çağırmaq mümkün deyil.');
  });

  useEffect(() => {
    ref.current = fn;
  }, [fn, ...dependencies]);

  return useCallback(() => {
    const fn = ref.current;
    return fn();
  }, [ref]);
}

Hər iki halda biz bu pattern-i işlətməyi tövsiyə etmirik. Bu yanaşma yalnız bütünlük üçün göstərilib. Əvəzinə, callback-ləri dərinə göndərməkdən çəkinmək ən yaxşı yoldur.

Daxilində

React, Hookları komponentlər ilə necə əlaqələndirir?

React, cari render olunan komponenti izləyir. Hookların Qaydalarına görə Hookların yalnız React komponentlərindən çağrıldığını (və ya React komponentlərindən çağrılan xüsusi Hooklardan çağrıldığını) bilirik.

React-də, hər komponent ilə əlaqəli “yaddaş sahələrinin” daxili siyahısı mövcuddur. Bu sahələr məlumat saxlamaq üçün sadə JavaScript obyektləridir. useState() kimi Hook çağrıldıqda bu Hook cari daxili sahəni oxuyur (və ya ilk render etmə zamanı inisializasiya edir) və pointer-i sonrakı sahəyə köçürür. Bu səbəbdən, useState çağırışlarının müstəqil lokal state-lərinin olması mümkündür.

Hooklardan əvvəl nə var idi?

Hooklar bir neçə mənbələrdən yaranan fikirlərin sintezidir:

Hookların orijinal dizaynını Sebastian Markbåge kəşf edib. Sonra, bu dizayn Endryu Klark, Sofi Alpert, Dominik Qannavey və React komandasının digər üzləri tərəfindən təmizləndi.

Is this page useful?Bu səhifəni redaktə edin