Versiya Qaydaları
React-də semantik versiyalamaq (semver) prinsiplərindən istifadə edir.
Bu deməkdirki, x.y.z formatlı versiyada:
- Kritiki baqlar düzəldildikdə z rəqəmini dəyişərək (məsələn, 15.6.2-dən 15.6.3-ə) yamaq (patch) buraxılış dərc edilir.
- Yeni xüsusiyyətlər əlavə edildikdə və ya kritiki olmayan düzəlişlər edildikə y rəqəmini dəyişərək (məsələn, 15.6.2-dən 15.7.0-a) kiçik (minor) buraxılış dərc edilir.
- Pozucu dəyişiklik edildikdə x rəqəmini dəyişərək (məsələn, 15.6.2-dən 16.0.0-a) böyük (major) buraxılış dərc edilir.
Böyük buraxılışlarda adətən yeni xüsusiyyətlər olur. Baq düzəlişləri isə istənilən buraxılışda ola bilər.
Ən çox dərc edilən buraxılışlar kiçik buraxılışlardır.
Bu versiya qaydaları Next və Eksperimental kanallarda olan ön buraxılışları daxil etmir. Ön buraxılışlar üçün buradan oxuyun.
Pozucu Dəyişikliklər
Pozucu dəyişikliklər hamı üçün narahatçılıq yaratdığından biz böyük buraxılışların sayını çox az dərc etməyə çalışırıq. Məsələn, 2016-cı ilin Aprel ayında React 15, 2017-ci ilin Sentyabr ayında React 16, 2020-ci ilin Oktyabr ayında isə React 17 dərc edilib.
Əvəzinə, biz yeni xüsusiyyətləri kiçik versiyalarda dərc edirik. Bu deməkdirki, adının uyğun olmamasına baxmayaraq, kiçik buraxılışlar böyük buraxılışlardan daha maraqlı olur.
Stabilliyə Öhdəlik
React, zaman ilə yeniləndikcə biz yeni xüsusiyyətlərdən istifadə etmək cəhdini asanlaşdırmağa çalışırıq. İmkan olduqca, biz köhnə API-ların işləməsini qorumağa çalışırıq (köhnə API-ı fərqli paketdə dərc etmək lazım gəldikdə belə). Məsələn, miksinlərin işlədilməsinin illərlə tövsiyə edilmədiyinə baxmayaraq miksinlər create-react-class paketində dəstəklənir və bir çox köhnə, stabil layihələrdə istifadə edilir.
React, milyondan çox proqramçı (kollektiv olaraq milyondan çox komponenti) tərəfindən istifadə edilir. Facebook-un kodu təklikdə 50.000 React komponentindən ibarətdir. Bu səbəbdən, React-in yeni versiyalara yenilənməsini mümkün qədər asanlaşdırmalıyıq. Miqrasiya yolu göstərilmədən böyük dəyişikliklər edilərsə, istifadəçilər köhnə versiyalarda qalacaqlar. Biz, bu yeniləmə yollarını Facebook-da yoxlayırıq. Əgər bizim 10 nəfərdən az proqramçıdan ibarət olan komandamız 50.000+ komponenti yeniləyə bilirsə, biz bu yeniliklərin React-i istifadə edən proqramçılar üçün idarə oluna biləcəyini ümid edirik. Bir çox hallarda, open-source buraxılışında komponent sintaksisini yeniləmək üçün avtomatlaşmış skriptlər əlavə edirik.
Xəbərdarlıqlar ilə Tədrici Yeniləmələr
React-in development qurulmaları əlavə xəbərdarlıqlar ehtiva edir. Gələcək pozucu dəyişikliklərə hazırlıq üçün mümkün olduğu qədər xəbərdarlıqlar əlavə olunur. Əgər applikasiyanızın ən son buraxılışında xəbərdarlıqlar vermirsə, deməli applikasiyanızın React-in gələcək böyük buraxılışına hazırdır. Bu, applikasiyadakı komponentləri tək-tək yeniləməyə imkan verir.
Development xəbədarlıqları applikasiyanın icra davranışına təsir etmir. Bu səbəbdən, applikasiyanın development və produksiya qurulmalarının eyni işləməsindən əmin ola bilərsiniz. Produksiya qurulmasında xəbərdarlıqlar loq olunmur və produksiya qurulması daha səmərəli işləyir. (Əgər sizdə produksiya kodu səmərəli işləmirsə və ya xəbərdarlıqlar görünürsə, bizə issue təqdim edin.)
Nələr Pozucu Dəyişiklikdir?
Adətən, aşağıdakı dəyişikliklərə böyük versiya artımı etmirik:
- Development xəbərdarlıqlarına. Bu yeniliklərin produksiya davranışlarına təsir etmədiyindən biz böyük versiyalar arası yeni xəbərdarlıqlar əlavə edə bilər və ya mövcud xəbərdarlıqları dəyişə bilərik. Faktiki olaraq, proqramçıları gələcək pozucu dəyişiklər haqqında məlumatları bu formada çatdırırıq.
unstable_
adı ilə başlayan API-lara. Bu API-lar eksperimental xüsusiyyətlər üçün işlədilir. Biz, bu xüsusiyyətlərin API-larından tam əmin deyilik. Bu xüsusiyyətləriunstable_
prefiksi ilə dərc edərək daha tez iterasiya edə bilir və stabil API-a daha tez çata bilirik.- React-in alfa və kanari versiyalarına. React-in yeni xüsusiyyətlərini tez yoxlaya bilmək üçün React-in alfa versiyasını dərc edirik. Lakin, alfa zamanı öyrəndiklərimiz əsasında dəyişiklər etmə sərbəstliyinə ehtiyacımız var. Nəzərə alin ki, bu versiyaları işlətdikdə API-lar dəyişə bilər.
- Sənədsiz API-lara və daxili strukturlara.
__SECRET_INTERNALS_DO_NOT_USE_OR_YOU_WILL_BE_FIRED
və ya__reactInternalInstance$uk43rzhitjg
kimi parametrləri işlətdikdə heç bir qarantiya yoxdur. Bu zaman öz başınasınız.
Bu qanun, praqmatik olmaq üçün dizayn olunub. Biz, sizin üçün baş ağrıları yaratmaq istəmirik. Əgər göstərilən dəyişikliklər üçün böyük versiya artırsaq, çoxlu böyük versiya artımlarına və cəmiyyətdə versiya problemlərinin yaranmasına səbəb ola bilərik. Bu, həmçinin bizim React üzərində etdiyimiz irəliləyişləri yavaşlada bilər.
Bu siyahıda olan dəyişiklik cəmiyyətdə böyük problem yaradacaqsa, biz bu dəyişiklik üçün tədrici miqrasiya yolu təmin etməyə çalışacağıq.
Kiçik Buraxılışda Yeni Xüsusiyyət Yoxdursa, Niyə Yamaq Buraxılışı Deyil?
Kiçik buraxılışda yeni xüsusiyyət olmaya bilər. Semver buna icazə verir. Semver qeyd edir ki, “bağlı kodda təkmilləşmələr və ya funksionallıqlar təqdim edildikdə [kiçik versiyadan] istifadə etmək olar. Kiçik versiyada yamaq dərəcəli dəyişikliklər də ola bilər.”
Bu buraxılışların niyə yamaq versiyasında olmaması sualı yaranır.
React-ə (və ya hər hansı bir proqram təminatına) dəyişiklik etdikdə gözlənilməz problemlərin yaranması riksi artır. Yamaq versiyasında bir baqı düzəldərək istəmədən yeni bir baqı yaratma ssenarisini fikirləşin. Bu, proqramçılar üçün həm pozucu olaraq gələcək, həm də yamaq versiyalara etibarı azaldacaq. Praktikada nadir hallarda rast gəlinən baqı düzəltdikdə bu ssenari daha acınacaqlı olur.
React buraxılışlarını baqsız dərc edilməsində kifayət qədər yaxşı təcrübəmiz var. Lakin, proqramçılar yamaq buraxılışların problemsiz adaptasiyasını ehtimal etdiklərinə görə, yamaq buraxılışların etibarlılıq dərəcəsi daha yüksək olmalıdır.
Bu səbəblərdən, biz, yamaq buraxılışlarını yalnız kritiki baqları və təhlükəsizlik zəifliklərini düzəltmək üçün işlədirik.
Buraxılışda vacib olmayan dəyişikliklər olduqda (daxili kod refaktorinqləri, tətbiq detallarına dəyişikliklər, performans təkmilləşmələri, və ya kiçik baq düzəlişləri), yeni xüsusiyyətin mövcudluğundan asılı olmayaraq kiçik versiya artırılacaq.