Virtual DOM və React-in Daxili
Virtual DOM nədir?
UI-ın ideal və ya “virtual” təmsilinin yaddaşda saxlanılması və ReactDOM kimi kitabxananın bu strukturu “real” DOM ilə sinxronlaşdırılması konsepsiyası virtual DOM (VDOM) adlanır. Sinxronizasiya prosesi rekonsilyasiya adlanır.
Bu yanaşma, React-in deklarativ API olmasına imkan yaradır: React-də state yenilikləri baş verdikdə React, DOM-u state-ə uyğunlaşdırır. Bu, atribut manipulyasiyası, hadisə işləyiciləri, və DOM-un əl ilə yenilənməsi kimi əməliyyatları abstraktlaşdırır. Əks təqdirdə, bu əməliyyatları öz applikasiyanızda tətbiq etməlisiniz.
“Virtual DOM-un” spesifik texnologiya yox, daha çox pattern olmasına görə proqramçılar bu adı fərqli fikirləri izah etmək üçün işlədirlər. React dünyasında, “virtual DOM” terminologiyası React elementləri ilə əlaqəlidir. Bunun səbəbi, React elementlərinin istifadəçi interfeysini təqdim etməsidir. Lakin, əlavə olaraq, React, komponent ağacı haqqında əlavə məlumat saxlamaq üçün “fiber” adlı daxili obyektlərdən istifadə edir. Bu obyektlər React-də “virtual DOM” tətbiqinin bir hissəsi kimi də qəbul edilə bilər.
Shadow DOM Virtual DOM ilə eynidir?
Xeyr, bunlar fərqli konsepsiyalardır. Shadow DOM, dəyişənlər və CSS-i veb komponentlərdə scope etmək üçün istifadə edilən brauzer texnologiyasıdır. Virtual DOM isə brauzer API-ları üzərində JavaScript kitabxanaları tərəfindən tətbiq edilmiş konsepsiyadır.
“React Fiber” nədir?
React 16-da işlədilən rekonsilyasiya mexanizminin adı Fiber-dir. Bu mexanizm virtual DOM-un inkremental render edilməsinə imkan yaradır. Əlavə məlumat üçün bu linkə baxın.