We want to hear from you!Take our 2021 Community Survey!
This site is no longer updated.Go to react.dev

PropTypes ilə Tip Yoxlamaları

These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.

PropTypes aren’t commonly used in modern React. Use TypeScript for static type checking.

Qeyd:

React v15.5-dən başlayaraq React.PropTypes fərqli paketə köçürülüb. Əvəzinə prop-types kitabxanasını yükləyin.

Köhnə PropTypes çağırışlarını yeni kitabxana çağırışlarına avtomatik çevirmək üçün codemod skriptindən istifadə edə bilərsiniz.

Applikasiya böyüdükcə tip yoxlamaları ilə bir çox baqı tutmaq asanlaşır. Bəzi applikasiyalarda tam tip yoxlamaları üçün JavaScript artırmaları olan Flow və ya TypeScript alətlərindən istifadə etmək mümkündür. Bu alətləri işlətmədikdə React-in daxili tip yoxlaması qabiliyyərindən istifadə edə bilərsiniz. Komponent proplarının tiplərini yoxlamaq üçün tipləri xüsusi propTypes parametrinə təyin edin:

import PropTypes from 'prop-types';

class Greeting extends React.Component {
render() {
return (

Salam, {this.props.name}

Greeting.propTypes = {
name: PropTypes.string

Bu nümunədə sinif komponentindən istifadə edirik. Lakin, bu xüsusiyyət funksiya komponentlərinə və React.memo və ya React.forwardRef ilə yaranan komponentlərə də tətbiq edilə bilər.

Məlumatın etibarlı olmasını yoxlamaq üçün PropTypes paketi bir neçə validator ixrac edir. Yuxarıdakı nümunədə PropTypes.string validatorundan istifadə edilir. Prop etibarsız dəyər ilə təmin edildikdə JavaScript konsolunda xəbərdarlıq göstəriləcək. Performans üçün propTypes yalnız development modunda yoxlanılır.

PropTypes

Aşağıdakı nümunədə fərqli validatorlar haqqında məlumat var:

import PropTypes from 'prop-types';

MyComponent.propTypes = {
// Propun spesifik JS tipi olmasını bildirə bilərsiniz.
// Standart formada prop dəyərləri fakultativdir.
optionalArray: PropTypes.array,
optionalBool: PropTypes.bool,
optionalFunc: PropTypes.func,
optionalNumber: PropTypes.number,
optionalObject: PropTypes.object,
optionalString: PropTypes.string,
optionalSymbol: PropTypes.symbol,

// Render oluna bilən istənilən tip işlədilə bilər: rəqəmlər, mətnlər
// və bu elementləri (və ya fraqmentləri) saxlayan massivlər.
optionalNode: PropTypes.node,

// React elementi.
optionalElement: PropTypes.element,

// React element tipi (məsələn, MyComponent).
optionalElementType: PropTypes.elementType,

// Propun sinif instansiyası olmasını da bildirə bilərsiniz.
// Bu, JS-in instanceof operatorundan istifadə edir.
optionalMessage: PropTypes.instanceOf(Message),

// Propa enum kimi davranaraq
// propun spesifik dəyərlər qəbul etməsini təmin edə bilərsiniz
optionalEnum: PropTypes.oneOf(['Xəbərlər', 'Fotolar']),

// Obyekt bir neçə tip ola bilər
optionalUnion: PropTypes.oneOfType([
PropTypes.string,
PropTypes.number,
PropTypes.instanceOf(Message)

// Müəyyən tipin massivi
optionalArrayOf: PropTypes.arrayOf(PropTypes.number),

// Müəyyən tipin parametrləri əsasında obyekt
optionalObjectOf: PropTypes.objectOf(PropTypes.number),

// Xüsusi formalı obyekt
optionalObjectWithShape: PropTypes.shape({
color: PropTypes.string,
fontSize: PropTypes.number

// Əlavə parametrlərdə xəbərdarlıq göstərən obyekt
optionalObjectWithStrictShape: PropTypes.exact({
name: PropTypes.string,
quantity: PropTypes.number

// Prop təyin edilmədikdə xəbərdarlıq göstərmək üçün
// prop tipinə `isRequired` əlavə edin
requiredFunc: PropTypes.func.isRequired,

// Dəyər istənilən tipdə ola bilər
requiredAny: PropTypes.any.isRequired,

// Xüsusi validator yaratmaq da mümkündür. Validasiya uğursuz olduqda
// Error obyekti qaytarılmalıdır. `console.warn` çağırmayın və ya istisna atmayın.
// Əks halda bu validator `oneOfType`-ın daxilində işləməyəcək.
customProp: function(props, propName, componentName) {
if (!/matchme/.test(props[propName])) {
return new Error(
'Invalid prop `' + propName + '` supplied to' +
' `' + componentName + '`. Validation failed.'

// Həmçinin, `arrayOf` və `objectOf`-a xüsusi validator təmin etmək mümkündür.
// Validasiya uğursuz olduqda Error obyekti qaytarılmalıdır.
// Validator massiv və ya obyektin hər açarında çağrılacaq. Validatorun ilk
// arqumenti massiv və ya obyekt, ikinci arqumenti isə cari
// elementin açarıdır.
customArrayProp: PropTypes.arrayOf(function(propValue, key, componentName, location, propFullName) {
if (!/matchme/.test(propValue[key])) {
return new Error(
'Invalid prop `' + propFullName + '` supplied to' +
' `' + componentName + '`. Validation failed.'

Yalnız Bir Uşaq Tələbi

PropTypes.element ilə komponentə yalnız bir uşağın göndərilməsini bildirmək olar.

import PropTypes from 'prop-types';

class MyComponent extends React.Component {
render() {
// Bu yalnız bir element ola bilər. Əks halda xəbardarlıq göstəriləcək.
const children = this.props.children;
return (

{children}

MyComponent.propTypes = {
children: PropTypes.element.isRequired

Təyin Edilməyən Prop Dəyərləri

Komponentin defaultProps parametrinə dəyərlər təyin edərək təyin edilməyən propların dəyərlərini müəyyənləşdirmək mümkündür:

class Greeting extends React.Component {
render() {
return (

Salam, {this.props.name}

// Təyin edilməyən propların müəyyənləşdirilməsi:
Greeting.defaultProps = {
name: 'Yabançı'

// "Salam, Yabançı" render edir:
const root = ReactDOM.createRoot(document.getElementById('example'));
root.render(<Greeting />);

transform-class-properties kimi Babel çevirməsindən istifadə etdikdə defaultProps komponent sinfin statik parametri kimi təyin edilə bilər. Bu sintaksis hələ yekunlaşmayıb və brauzerdə işləməsi üçün kompilyasiya addımı lazımdır. Əlavə məlumat üçün sinif sahələri təklifi haqqında oxuyun.

class Greeting extends React.Component {
static defaultProps = {
name: 'yabançı'

render() {
return (

Salam, {this.props.name}

this.props.name propu valideyn komponent tərəfindən təyin edilmədikdə dəyərinin boş olmaması üçün defaultProps-da yerləşən dəyər istifadə ediləcək. propTypes tip yoxlaması defaultProps həll olunduqdan sonra yoxlanılacaq. Bu səbəbdən, tip yoxlamaları defaultProps-a da tətbiq ediləcək.

Funksiya Komponentləri

Funksiya komponentlərindən istifadə edirsinizsə, PropTypes-ın düzgün tətbiq olunması üçün bəzi kiçik dəyişiklər etməyi tövsiyyə edirik.

Sizin aşağıdalı formalı komponentinizin olduğunu fikirləşək:

export default function HelloWorldComponent({ name }) {
return (

Salam, {name}

PropTypes əlavə etmək üçün komponenti ixrac etmədən öncə komponenti yaradın:

function HelloWorldComponent({ name }) {
return (

Salam, {name}

export default HelloWorldComponent

Sonra PropTypes-ı birbaşa HelloWorldComponent komponentində təyin edin:

import PropTypes from 'prop-types'

function HelloWorldComponent({ name }) {
return (

Salam, {name}

HelloWorldComponent.propTypes = {
name: PropTypes.string

export default HelloWorldComponent
Is this page useful?Bu səhifəni redaktə edin