We want to hear from you!Take our 2021 Community Survey!
This site is no longer updated.Go to react.dev
Dərindən JSX
These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.
Fundamental olaraq JSX, React.createElement(component, props, ...children) funksiyası üçün asan başa düşülə bilən sintaksisdir. Göstərilən JSX kodu:
<MyButton color="blue" shadowSize={2}>
Tıkla
</MyButton>
aşağıdakı koda kompilyasiya olunur:
React.createElement(
MyButton,
{color: 'blue', shadowSize: 2},
'Tıkla'
Əgər uşaqlar yoxdursa, təqin özü bağlanan formasından istifadə etmək mümkündür. Göstərilən kod:
aşağıdakı koda kompilyasiya olunur:
React.createElement(
'div',
{className: 'sidebar'}
Hər hansı bir JSX-in JavaScript-ə necə çevrildiyini yoxlamaq üçün onlayn Babel kompilyatorundan istifadə edə bilərsiniz.
React Element Tipinin Müəyyənləşdirilməsi
JSX təqinin ilk hissəsi React elementinin tipini təyin edir.
Böyük hərf ilə yazılan tiplər JSX təqinin React komponentinə istinad etdiyini göstərir. Bu təqlər dəyişənin adından istifadə edərək kompilyasiya olunur. Bu səbəbdən <Foo /> JSX ifadəsindən istifadə etdikdə Foo dəyişəni göstərilən scope-da olmalıdır.
React Scope-da Olmalıdır
JSX kodu React.createElement çağırışlarına kompilyasiya olduğundan React hər zaman JSX-in scope-unda olmalıdır.
JavaScript-in ReactCustomButton dəyişənlərinə birbaşa istinad etmədiyinə baxmayaraq, aşağıdakı kodda hər iki idxalın olması vacibdir:
import React from 'react';import CustomButton from './CustomButton';
function WarningButton() {
// return React.createElement(CustomButton, {color: 'red'}, null);  return <CustomButton color="red" />;
JavaScript paketləmə qurğusundan istifadə etmir və React-i <script> təqi ilə yükləyirsinizsə, React artıq React qlobal dəyişəni ilə scope-dadır.
JSX Tipində Nöqtənin İstifadəsi
JSX-dən React Komponentinə nöqtə ilə istinad etmək mümkündür. Bu sintaksis bir moduldan bir neçə React komponentini ixrac etdikdə faydalı ola bilər. Məsələn, MyComponents.DatePicker komponentini JSX-dən birbaşa çağıra bilərsiniz:
import React from 'react';
const MyComponents = {
DatePicker: function DatePicker(props) {
return
Burada {props.color} rəngli tarix olduğunu fikirləşin.
function BlueDatePicker() {
return <MyComponents.DatePicker color="blue" />;}
İstifadəçi Tərəfindən Təyin Edilən Komponentlər Böyük Hərf ilə Yazılmalıdır
Element tipi kiçik hərf ilə yazıldıqda
və ya  kimi daxili komponentlərə istinad edilir. Nəticədə, React.createElement funksiyasına 'div' və ya 'span' kimi mətnlər göndərilir. <Foo /> formasında böyük hərf ilə yazılan tiplər React.createElement(Foo) funksiyasına kompilyasiya olunur və JavaScript faylında təyin edilən və ya modula idxal edilən komponentə istinad edilir.
Biz komponentlərin böyük hərf ilə yazılmasını tövsiyə edirik. Əgər sizdə kiçik hərf ilə başlayan komponent varsa, bu komponenti böyük hərf ilə yazılmış dəyişənə təyin edib yeni dəyişəni JSX-də işlədin.
Məsələn, aşağıdakı kod istədiyiniz kimi işləməyəcək:
import React from 'react';
// Yanlışdır! Bu komponent böyük hərf ilə yazılmalıdır:function hello(props) {  // Düzdür!
-in etibarlı HTML təq olduğundan bu təq göstərildiyi formada işlədilə bilər:
return
Salam {props.toWhat}
function HelloWorld() {
// Yanlışdır! <hello /> kiçik hərf ilə yazıldığından React bu elementin HTML təq olduğunu fikirləşir:  return <hello toWhat="World" />;}
Bunu düzəltmək üçün, hello funksiyasının adını Hello-a dəyişib <Hello /> JSX çağırışından istifadə edəcəyik:
import React from 'react';
// Düzdür! Bu funksiya komponentdir deyə böyük hərf ilə yazılmalıdır:function Hello(props) {  // Düzdür!
-in etibarlı HTML təq olduğundan bu təq göstərildiyi formada işlədilə bilər:
return
Salam {props.toWhat}
function HelloWorld() {
// Düzdür! <Hello /> böyük hərf ilə yazılıb deyə React bunun komponent olduğunu fikirləşir.  return <Hello toWhat="Dünya" />;}
Tipin İcmal Zamanı Təyin Edilməsi
React tipinə ifadə təyin etmək mümkün deyil. Əgər ifadəni element tipi kimi göstərmək istəyirsinizsə, bu ifadəni böyük hərf ilə yazılmış dəyişənə təyin edin. Bu, adətən prop əsasında fərqli komponent render etdikdə lazım olur:
import React from 'react';
import { PhotoStory, VideoStory } from './stories';
const components = {
photo: PhotoStory,
video: VideoStory
function Story(props) {
// Yanlışdır! JSX tipi ifadə ola bilməz.  return <components[props.storyType] story={props.story} />;}
Bunu düzəltmək üçün ifadəni böyük hərf ilə başlayan dəyişənə təyin edəcəyik:
import React from 'react';
import { PhotoStory, VideoStory } from './stories';
const components = {
photo: PhotoStory,
video: VideoStory
function Story(props) {
// Düzdür! JSX tipi böyük hərf ilə yazılan dəyişən ola bilər.  const SpecificStory = components[props.storyType];  return <SpecificStory story={props.story} />;}
JSX-də Proplar
JSX-də propları bir neçə formada göstərmək olar.
Proplar kimi JavaScript İfadələri
Propu {} ilə əhatə edərək istənilən JavaScript ifadəsini propa göndərmək mümkündür. Məsələn, aşağıdakı JSX-də:
<MyComponent foo={1 + 2 + 3 + 4} />
1 + 2 + 3 + 4 ifadəsinin hesablandığından MyComponent komponentində props.foo-nun dəyəri 10 olacaq.
if ifadələri və for tsikllar JavaScript ifadələri deyil. Bu səbəbdən, bu dəyişənləri JSX-də birbaşa istifadə etmək olmaz. Əvəzinə, bu blok kodlarını JSX-i əhatə edən kodda yaza bilərsiniz. Məsələn:
function NumberDescriber(props) {
let description;
if (props.number % 2 == 0) {    description = cüt;  } else {    description = tək;  }  return
{props.number} {description} rəqəmdir
Digər bölmələrdə şərtli render edilmətsikllar haqqında məlumat ala bilərsiniz.
Mətn Propları
Mətnləri prop kimi göndərmək mümkündür. Aşağıdakı JSX ifadələri əvəz oluna bilər:
<MyComponent message="salam dünya" />
<MyComponent message={'salam dünya'} />
Mətn göndərdikdə, mətnin dəyəri HTML “escape” olunmur. Aşağıdalı dəyərlər əvəz oluna bilər:
<MyComponent message={'<3'} />
Bu davranışların fərqi vacib deyil. Bu sənəddə göstərilməsinin əsas səbəbi tamamlıq üçündür.
Propun Dəyəri Göstərilmədikdə “True” Olur
Propa heç bir dəyər göndərilmədikdə bu dəyər true olur. Aşağıdakı ifadələr əvəz oluna bilər:
<MyTextBox autocomplete />
<MyTextBox autocomplete={true} />
Normalda, biz propa dəyərin göndərilməməsini tövsiyə etmirik. Çünki, bu dəyər ES6 obyekt qısaltması ilə çaşdırıla bilər. {foo} ifadəsi, {foo: true} ifadəsinin yox {foo: foo} ifadəsinin qısaldılmış formasıdır. Bu davranışın burada olmasının səbəbi HTML davranışı ilə uyğunlaşmasından gəlir.
Yayma Atributlar
props obyekt formasında olduqda ... “yayma” operatorundan istifadə edərək bu obyekti bütünlükdə JSX-ə göndərə bilərsiniz. Aşağıdakı iki komponent əvəz oluna bilər:
function App1() {
return <Greeting firstName="Elçin" lastName="Məmmədov" />;
function App2() {
const props = {firstName: 'Elçin', lastName: 'Məmmədov'};
return <Greeting {...props} />;}
Siz həmçinin komponentin udduğu propları seçib digər propları yayma operatoru ilə göndərə bilərsiniz.
const Button = props => {
const { kind, ...other } = props;  const className = kind === "primary" ? "PrimaryButton" : "SecondaryButton";
const App = () => {
return (
Salam Dünya!
Yuxarıdakı nümunədə kind propu udulub DOM-da olan  elementinə göndərilmir. Bütün digər proplara ...other obyekti ötürülərək komponenti əyilən edir. Gördüyünüz kimi bu komponent onClickchildren proplarını göndərir.
Yayma atributlarını faydalı olmasına baxmayaraq, bu operator ilə lazımsız propları komponentlərə göndərmək və ya etibarsız HTML atributlarını DOM-a göndərmək asanlaşır. Bu sintaksisdən az istifadə etməyi tövsiyə edirik.
JSX-də Uşaqlar
Açma və bağlama təqləri olan bütün JSX ifadələrində olan kontent xüsusi prop ilə ötürülür: props.children. Uşaqları göndərməyin bir neçə yolu var:
Mətnlər ilə
Açma və bağlama təqlərinin arasına mətn təyin etdikdə props.children mətn olacaq. Bu, bir çox daxili HTML elementləri üçün faydalıdır. Məsələn:
<MyComponent>Salam Dünya!</MyComponent>
Bu, etibarlı JSX ifadəsidir. MyComponent-in props.children propu "Salam Dünya!" mətni olacaq. HTML-in “escape” olunmadığından JSX kodunu HTML-dəki kimi yaza bilərsiniz:
Bu kod eyni zamanda etibarlı HTML & JSX-dir.
JSX avtomatik olaraq boşluqları sətrin əvvəlindən və axırından silir. Əlavə olaraq, JSX boş sətrləri də silir. Təqlərə bitişik olan yeni sətrlər də silinir. Mətnin ortasında olan yeni sətrlər bir boşluq ilə əvəz olunur. Aşağıdakı bütün ifadələr eyni mətni render edir:
Salam Dünya
Salam Dünya
Salam
Dünya
Salam Dünya
JSX Uşaqları
Siz digər JSX elementlərini də uşaq kimi göndərə bilərsiniz. Bu, iç-içə olan komponentləri göstərmək üçün faydalıdır:
<MyContainer>
<MyFirstComponent />
<MySecondComponent />
</MyContainer>
Fərqli tipli uşaqları bir yerdə işlətmək mümkündür. Yəni, mətnləri JSX uşaqları ilə birlikdə işlədə bilərsiniz. Bu, JSX-i HTML-ə oxşadan xüsusiyyətlərdən biridir. Aşağıdakı kod həm etibarlı JSX, həm də etibarlı HTML-dir:
Bu siyahıdır:
Element 1
Element 2
React komponenti elementlər massivi də qaytara bilir:
render() {
// Sihayı elementlərini əlavə element ilə əhatə etmək lazım deyil!
return [
// Açarları yaddan çıxarmayın :)
Birinci element
İkinci element
Üçüncü element
Uşaqlar kimi JavaScript İfadələri
Uşaqları {} ilə əhatə edərək istədiyiniz JavaScript ifadəsini uşaq kimi göndərə bilərsiniz. Məsələn, aşağıdakı ifadələr əvəz olunandır:
<MyComponent>foo</MyComponent>
<MyComponent>{'foo'}</MyComponent>
Bu, adətən ixtiyari ölçüdə olan JSX ifadələri siyahısını render etmək üçün faydalıdır. Məsələn, aşağıdakı kod HTML siyahısı render edir:
function Item(props) {
return
{props.message}
function TodoList() {
const todos = ['finish doc', 'submit pr', 'nag dan to review'];
return (
{todos.map((message) => <Item key={message} message={message} />)}
JavaScript ifadələri digər uşaq tipləri ilə birlikdə işlədilə bilər. Bu, mətn şablonlarını əvəz etmək üçün faydalıdır:
function Hello(props) {
return
Salam {props.addressee}!
Uşaqlar kimi Funksiyalar
Normally, JSX-ə əlavə edilən JavaScript ifadələr mətnə, React elementinə, və ya bu tiplərin siyahısına hesablanır. Lakin, props.children propu başqa hər hansı prop kimi işədildiyindən, bu propa istənilən tipli məlumat göndərilə bilər (yalnız React-in render etmək üçün anladığı tipə yox). Məsələn, xüsusi komponent callback-i props.children-dan çağıra bilər:
// Uşaq callback-i numTimes qədər çağıraraq təkrarlanan komponent yaradır
function Repeat(props) {
let items = [];
for (let i = 0; i < props.numTimes; i++) {    items.push(props.children(i));
return
{items}
function ListOfTenThings() {
return (
<Repeat numTimes={10}>
{(index) =>
Elementin siyahıda yeri: {index}
}    </Repeat>
Xüsusi komponentin uşağına istənilən tipli məlumatı göndərmək olar. Vacib olan, React-in komponentin nəticəsindən yaranan elementi anlamasıdır. Uşaqların bu formada işlədilməsinin çox yayılmadığına baxmayaraq bu formada uşaqları işlədə bilərsiniz.
Booleans, Null, və Undefined Nəzərə Alınmırlar
false, null, undefined, və true dəyərləri uşaqlar üçün etibarlıdır. Sadəcə olaraq, bu dəyərlər render olunmurlar. Aşağıdakı JSX ifadələri eyni markapı render edəcəklər:
{false}
{null}
{undefined}
{true}
Bu, React elementlərini şərti render etmək üçün faydalıdır. Göstərilən JSX showHeader dəyişəni true olduqda
komponentini render edir:
{showHeader &&
}  <Content />
Burada əsas istisna ‘0’ rəqəmi kimi bəzi “falsy” dəyərlərinin React tərəfindən render edilməsidir. Məsələn, aşağıdakı nümunədə props.messages massivi boş olduqda ‘0’ render edildiyi üçün istədiyiniz nəticəni ala bilməyəcəksiniz:
{props.messages.length &&    <MessageList messages={props.messages} />
Bunu düzəltmək üçün &&-dən öncə olan ifadənin bolin olduğundan əmin olun:
{props.messages.length > 0 &&    <MessageList messages={props.messages} />
Əksinə,false, true, null, və ya undefined dəyərlərinin nəticədə görunməyini istəyirsinizsə, bu dəyərləri mətnə çevirməlisiniz:
JavaScript dəyəri: {String(myVariable)}.
Is this page useful?Bu səhifəni redaktə edin