Hadisə Pulinqı
Qeyd
Bu səhifə yalnız React 16 və köhnə versiyaları və React Native üçün münasibdir.
React 17 vebdə event pulinqından istifadə etmir.
React 17-dəki bu dəyişiklik haqqında əlavə məlumat almaq üçün bu bloq yazısını oxuyun.
SyntheticEvent
obyektləri pul olunurlar. Bu deməkdir ki, hadisə callback-i çağrıldıqdan sonra SyntheticEvent
obyekti yenidən işlədiləcək və bütün parametrləri sıfırlanacaq. Məsələn, aşağıdakı kod işləməyəcək:
function handleChange(e) {
// Hadisə obyekti yenidən işlənir deyə bu işləməyəcək.
setTimeout(() => {
console.log(e.target.value); // Çox gecdir!
}, 100);
}
Hadisə işləyicisi icra olunduqdan sonra hadisənin dəyərlərini oxuya bilmək üçün e.persist()
funksiyasını çağırmaq lazımdır:
function handleChange(e) {
// React-in hadisə parametrlərini sıfırlarmasının qarşısını alır:
e.persist();
setTimeout(() => {
console.log(e.target.value); // İşləyəcək
}, 100);
}
Is this page useful?Bu səhifəni redaktə edin