React Element Zavodları və JSX Xəbərdarlığı
Komponenti sadə funksiya çağırışı ilə çağırdıqda bu xəbərdarlıq göstərilir. Bu formada komponentləri çağırmaq köhnəlib:
var MyComponent = require('MyComponent');
function render() {
return MyComponent({ foo: 'bar' }); // XƏBƏRDARLIQ
}
JSX
React komponentlərinin bu formada birbaşa çağrılması dəstəklənmir. Əvəzinə JSX istifadə edin.
var React = require('react');
var MyComponent = require('MyComponent');
function render() {
return <MyComponent foo="bar" />;
}
JSX-siz İstifadə
Əgər JSX istifadə etmək istəmirsinizsə və ya istifadə edə bilmirsinizsə komponenti çağırmamışdan öncə zavod ilə əhatə etməlisiniz:
var React = require('react');
var MyComponent = React.createFactory(require('MyComponent'));
function render() {
return MyComponent({ foo: 'bar' });
}
Bu, çoxlu funksiya olduqda kodu yeniləmənin asan yoludur.
JSX-siz Dinamik Komponentlər
Komponent sinfi dinamik mənbədən alındıqda dərhal çağrılacaq komponent üçün zavod yaratmaq lazımsız ola bilər. Əvəzinə, elementi birbaşa yaradın:
var React = require('react');
function render(MyComponent) {
return React.createElement(MyComponent, { foo: 'bar' });
}
Dərindən
Bu dəyişikliyin səbəbi haqqında məlumat üçün bu yazını oxuyun.
Is this page useful?Bu səhifəni redaktə edin